BSU Qubada “İnklüziv və adaptiv təhsil” mövzusunda növbəti təlim təşkil edib
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın 13-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Bakı Slavyan Universitetinə ünvanladığı rəsmi müraciətə uyğun olaraq, region müəllimləri üçün “İnklüziv və adaptiv təhsil” mövzusunda növbəti peşəkar inkişaf təlimi keçirilib.
Təlim Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər, psixoloqlar və korreksion pedaqoqların iştirak etdiyi təlim proqramı inklüziv təhsilin məktəb mühitində tətbiqi, adaptiv yanaşmaların sistemli şəkildə qurulması, eləcə də xüsusi təhsil ehtiyacı olan şagirdlərlə iş üzrə peşəkar bacarıqların inkişaf etdirilməsinə yönəldilib.
Proqram çərçivəsində iştirakçıların mövcud bilik və təcrübələrinin dəyərləndirilməsi aparılıb, real məktəb mühitindən götürülmüş nümunələr əsasında praktik müzakirələr təşkil edilib.
Təlim zamanı inklüziv siniflərin idarə olunması, disleksiya və öyrənmə çətinlikləri olan şagirdlərlə fərdi yanaşmalar, həmçinin məktəb daxilində multidissiplinar əməkdaşlığın əhəmiyyəti interaktiv üsullarla iştirakçılara təqdim olunub. Fəal öyrənməni təşviq edən simulyasiya tapşırıqları və situativ fəaliyyətlər müəllimlərin mövzuya praktik baxışını gücləndirib.
Sessiyanın sonunda əldə olunan rəy və müşahidələr əsasında inklüziv təhsilin region üzrə davamlı inkişafı, məktəblər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
BSU-nun regionlarda keçirdiyi bu tip təlim proqramları inklüziv və adaptiv təhsil yanaşmalarının məktəb mühitində tətbiqinə, pedaqoji heyətin peşəkar inkişafına və hər bir şagird üçün bərabər təhsil imkanlarının yaradılmasına xidmət edir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 14 Yanvar 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















