Icma.az
close
up
RU
BSU da Polşa ilə təhsil sahəsində əlaqələrin inkişafına dair müzakirə aparılıb

BSU da Polşa ilə təhsil sahəsində əlaqələrin inkişafına dair müzakirə aparılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 oktyabr, AZƏRTAC

Ölkəmizdə səfərdə olan Polşa Milli Assambleyasının nümayəndə heyəti və Polşanın Azərbaycandakı səfiri Pavel Radovski Bakı Slavyan Universitetində (BSU) olublar.

BSU-dan AZƏRTAC-a bildirilib ki, rektor Anar Nağıyev qonaqlarla görüşdə ölkələrimiz arasında əlaqələrin tarixi kökləri olduğunu qeyd edib. Vurğulayıb ki, Polşa və Azərbaycan arasında dövlətlərarası əlaqələrin inkişafı təhsil sahəsində, o cümlədən universitetlər arasında əlaqələrin inkişafı üçün də yeni imkanlar açır. O, BSU-nun Qafqazda polyak dili və polonistika sahəsində əsas mərkəz olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, növbəti ilə BSU-da polyak dilinin tədrisinə başlanılmasının 30 ili tamam olacaq. Universitetdə polyak dili iki ixtisasda - tərcümə və regionşünaslıq ixtisaslarında tədris olunur. Son illərin statistikası göstərir ki, tələbələr arasında polyak dilinə maraq ilbəil artır.

Universitetdə fəaliyyət göstərən Polşa Tədris və Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə məlumat verən rektor bildirib ki, mərkəzin xidmətlərindən tələbələrlə yanaşı, Polşa ilə maraqlanan, bu istiqamətdə tədqiqat aparan digər şəxslər də istifadə edə bilirlər. Ötən illər ərzində mərkəzdə Azərbaycan dilindən polyak dilinə, polyak dilindən isə Azərbaycan dilinə kitabların tərcüməsi həyata keçirilib. Universitetin Polşanın elm və təhsil müəssisələri ilə əlaqələrinə gəlincə, BSU hazırda Adam Marşalek Nəşriyyat Qrupu, Polşa Milli Akademik Mübadilə Agentliyi, Varşava, Lodz, Poznan, Torun, Seçin universitetləri ilə sıx əməkdaşlıq edir. Hazırda universitetdə 100 tələbənin polyak dilini öyrəndiyini diqqətə çatdıran Anar Nağıyev BSU tələbələrinin, professor müəllim heyətinin Polşada keçirilən yay məktəblərində fəal iştirak etdiyini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Pşemışlav Vitek BSU-nun rektoru Anar Nağıyevə polyak dilinin və mədəniyyətinin öyrənilməsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu sahədə əməkdaşlığa töhfə vermək istədiklərini vurğulayıb.

Həmçinin görüş zamanı təhsil sahəsində əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Polşa Tədris və Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri