Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

BTC nin idarəçiliyi Azərbaycan şirkətinə keçdi

BTC nin idarəçiliyi Azərbaycan şirkətinə keçdi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Dünəndən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin operatorluğu “BP exploration (Caspian sea) limited” (bp) şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə (SMO) keçir. Bu barədə Bakı-Tbilisi-Ceyhan şirkəti (BTC Co) açıqlama yayıb.

Bildirilib ki, operatorluğun ötürülməsi BTC boru kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyə hissələrini əhatə edir. Bundan əlavə, BTC boru kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi, habelə həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar hazırda bp tərəfindən icra olunan ümumi fəaliyyətlərin operatorluğu da SMO şirkətinə keçir.

Operatorluğun ötürülməsi BTC layihəsinin əsasını təşkil edən və yekun hazırlıq qərarının bir hissəsi kimi qəbul edilmiş müvafiq sazişlərə əsaslanır. Ötürülmə Səngəçal terminalının ərazisində yerləşən obyektlər istisna olmaqla hər üç ölkədəki bütün ayrıca BTC infrastrukturunu və fəaliyyətləri, eləcə də BTC/CQBK-yə aid ümumi fəaliyyətləri əhatə edir.

Səngəçal terminalının operatorluğu isə dəyişməz qaldığından bp burada fəaliyyətini davam etdirəcək. Bununla yanaşı, BTC Co. şirkətinin səhmdarlıq strukturu da dəyişməz qalır.

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bu mərhələni BTC layihəsi üçün əlamətdar bir hadisə kimi dəyərləndirərək deyib: “Çox qürurluyuq ki, BTC-nin operatoru kimi onun uzun illərdir davam edən təhlükəsiz, etibarlı və yüksək səmərəli fəaliyyətinin icraçısı olmuşuq – istər üç ildən artıq bir müddətdə - boru kəmərinin 3 tranzit ölkə ərazisində görünməmiş bir miqyasda və texniki baxımdan son dərəcə mürəkkəb tikinti prosesinə rəhbərlik etməyimiz olsun, istərsə də ondan sonrakı 20 ildən artıq bir müddətdə kəmərin səmərəli və təhlükəsiz istismarını təmin etməyimiz olsun. Bütün bu müddət ərzində BTC dünya bazarlarına etibarlı neft ixracı yolu kimi enerji təhlükəsizliyini gücləndirib”.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) də BTC üzrə əməliyyatların təhlükəsiz, etibarlı və mükəmməl icrasını davam etdirərək eyni dərəcədə yüksək standartları qoruyub saxlayacağına əmin olduğunu vurğulayan regional prezident bp-nin BTC və CQBK layihələrinin səhmdarı kimi SOCAR və digər tərəfdaşları ilə sıx və uzunmüddətli tərəfdaşlığını davam etdirəcəyini bildirib. O, BTC sisteminin bp tərəfindən idarə olunduğu müddət ərzində göstərdikləri davamlı dəstək, əməkdaşlıq və etimada görə BTC Co. Şirkətinin İdarə Heyətinə və bütün tərəfdaşlara təşəkkürünü çatdırıb.

bp Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarının, eləcə də Xəzər dənizindəki digər apstrim layihələrinin, o cümlədən Qarabağ yatağının işlənməsi, ƏDUA və Şəfəq-Asiman geoloji kəşfiyyat layihələrinin operatoru olaraq qalır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf isə Bakı–Tbilisi–Ceyhan boru kəmərinin ölkəmizin uzaqgörən enerji strategiyasının, möhkəm beynəlxalq tərəfdaşlıqların və uzunmüddətli əməkdaşlıq öhdəliyinə birgə sadiqliyinin davamlı göstəricisi kimi xarakterizə edərək bildirib ki, ötən 20 il ərzində BTC Azərbaycanın davamlı inkişafına mühüm töhfə vermiş, regional əməkdaşlığı gücləndirmiş və qlobal enerji təhlükəsizliyini artırmışdır.

O deyib: “BTC-nin operatorluğunun BTC və Cənubi Qafqaz Boru Kəməri sistemlərinin ümumi operatorluğu ilə birgə SOCAR-a ötürülməsi şirkətin dünya səviyyəli enerji infrastrukturunun idarə edilməsində artan təcrübəsini əks etdirən mühüm bir mərhələdir. SOCAR bu strateji enerji dəhlizinin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyətini təmin etmək öhdəliyinə tam sadiq qalaraq onun regional və qlobal enerji təhlükəsizliyinə töhfəsini daha da gücləndirəcək”.

Xatırladaq ki, müvafiq sazişlərə uyğun olaraq 2026-cı il iyunun 8-dən etibarən Qərb İxrac Boru Kəmərinin (QİBK) Azərbaycan və Gürcüstan ərazilərindəki obyektləri müvafiq olaraq Azərbaycan (SMO) və Gürcüstan (Gürcüstan Neft və Qaz Korporasiyası – GOGC) hökumətləri adından çıxış edən qurumlara geri təhvil verilib.

“SOCAR midstream gas operations” MMC 2015-ci ildən CQBK-nin kommersiya operatoru, 2021-ci ildən isə texniki operatorudur. Ötən müddət ərzində BTC və CQBK üzrə ümumi fəaliyyətlərin idarə edilməsi SOCAR və bp arasında möhkəm əməkdaşlığa söykənib. bp və SOCAR sıx işləyərək operatorluğun ötürülməsinin əhatə etdiyi bütün obyektlərin və əlaqədar fəaliyyətlərin təhlükəsiz və nizamlı şəkildə ötürülməsini və bu müddət ərzində boru kəməri əməliyyatlarının etibarlı və fasiləsiz davam etməsini təmin ediblər.

Qeyd edək ki, uzunluğu 1768 kilometr olan BTC boru kəməri Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün inşa edilib. Layihə tikinti mərhələsindən başlayaraq regiona əhəmiyyətli faydalar gətirib və müsbət dəyişikliklərə yol açıb. BTC boru kəməri hazırda da Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə dəstək verməklə tranzit ölkələrə mühüm gəlirlər gətirir.

BTC layihəsi başlandığı vaxtdan boru kəmərinin marşrutu boyunca 550-dən çox icma ilə (750 mindən çox insan) sıx işləməklə minlərlə sosial təşəbbüs həyata keçirilib və bu fəaliyyət gələcəkdə də davam edəcək.

Hazırkı ötürücülük gücü gündəlik 1 milyon barel təşkil edən ir boru kəmərinin inşasında 46, 42 və 34 diametrli borulardan istifadə olunub. Üç tranzit ölkənin ərazisində kəmər boyu 8 nasos və 98 siyirtmə stansiyası inşa edilib.

Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq 2 min 830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq bir neçə dağ silsiləsi, 3 min yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətləri, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir.

Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisi 4 ilə tamamlanıb. Belə ki, 2002-ci ilin iyul ayında təsdiqlənmiş layihə 2006-cı ilin mayında başa çatdırılıb. Tikintinin ən qızğın dövründə bu işlərə 22 min nəfər cəlb olunub ki, onların da 80 faizini yerli işçilər təşkil edib. Tikinti prosesində 220 min boru hissəsi qaynaq edilib. Ümumilikdə isə, layihənin icrası zamanı 110 milyondan artıq adam-iş saatı sərf olunub.

BTC kəməri ilə nəql olunan 600 min barel xam neft 2006-cı il iyunun 4-də Ceyhan terminalında “British Hawthorn” tankerinə yüklənərək yola salınıb. Həmin vaxtdan indiyədək isə BTC boru kəməri vasitəsilə nəql olunmuş 4,7 milyard bareldən çox (təxminən 630 milyon ton) xam neft 6 min 271 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see663

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see472

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see333

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see330

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see329

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see316

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see297

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see282

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see272

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see257

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see246

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see238

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see233

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see233

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see229

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see217

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see213

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see208

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see200

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri