Icma.az
close
up
RU
BTQ nin modernləşdirilməsi: Logistika səmərəliliyi və strateji perspektivlər

BTQ nin modernləşdirilməsi: Logistika səmərəliliyi və strateji perspektivlər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 5 iyun, AZƏRTAC

Texnoloji tərəqqinin dünyanı vahid iqtisadi orqanizmə çevirdiyi müasir dövrdə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı qlobal ticarətin və iqtisadi inteqrasiyanın əsas hərəkətverici qüvvələrindən biridir. Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti regional və beynəlxalq yükdaşımaların həyata keçirilməsində strateji əhəmiyyət daşıyır. Bu baxımdan, BTQ xəttinin modernləşdirilməsi beynəlxalq yük axınlarının artmasından və Orta Dəhlizə marağın yüksəlməsindən irəli gələn zərurətə çevrilib.

Mövzunu AZƏRTAC-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov bildirib ki, modernləşdirilmiş BTQ dəmir yolu xətti Avrasiyanın nəqliyyat xəritəsini zənginləşdirən və qədim İpək Yolunun müasir formatda bərpasını təmin edən ən mühüm beynəlxalq layihələrdən biri hesab edilir. Onun sözlərinə görə, xətt, həmçinin geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır, çünki müxtəlif regionları vahid logistika sistemində birləşdirərək iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir.

“2017-ci ildə istifadəyə verilən Bakı–Tbilisi–Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirərək Avropa ilə Asiya arasında ən qısa və səmərəli quru nəqliyyat əlaqələrindən birini yaradıb. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əsas hissələrindən biri kimi fəaliyyət göstərən BTQ Şərq-Qərb istiqamətində yük daşınmalarının çevikliyini və intensivliyini yüksəldir.

Son illərdə geosiyasi dəyişikliklər, təchizat zəncirlərinin diversifikasiyası və Asiya–Avropa ticarət əlaqələrinin genişlənməsi BTQ marşrutuna tələbatı əhəmiyyətli dərəcədə artırıb. Mövcud infrastrukturun artan yük həcmlərini tam şəkildə qarşılaya bilməməsi modernləşdirmə işlərinin həyata keçirilməsini aktuallaşdırıb.

BTQ dəmir yolunun modernləşdirilməsi əsasən Gürcüstan ərazisində yerləşən hissələrdə həyata keçirilməklə, infrastrukturun yenilənməsi, yeni yol yataqları və körpülərin inşası, siqnalizasiya və idarəetmə sistemlərinin müasirləşdirilməsi, yük qəbulu və emalı imkanlarının genişləndirilməsi kimi istiqamətləri əhatə edib. Bütün bunlar isə marşrutun təhlükəsizliyinin və istismar səmərəliliyinin artırılmasına xidmət edir.

Modernləşdirmə işlərinin yekunlaşması Bakı–Tbilisi–Qars xəttinin fəaliyyətində mühüm dəyişikliklərə imkan yaradacaq. Əslində, modernləşmənin başa çatması BTQ-nin fəaliyyətində yeni dövrün başlanğıcı kimi də dəyərləndirilə bilər. Bu sırada ən mühüm nəticələrdən biri xəttin yükdaşıma potensialının əhəmiyyətli dərəcədə genişlənməsidir. Əvvəllər illik təxminən 1 milyon ton yük qəbul edə bilən dəmir yolu xəttinin imkanları bir neçə dəfə artırılıb və illik 5 milyon tona çatdırılıb. Bu göstəricinin gələcək mərhələlərdə daha da yüksəldilməsi imkanları mövcuddur”,- deyə o qeyd edib.

A.Əsədov bildirib ki, modernizasiyadan əldə edilən daha bir mühüm nəticə tranzit vaxtının qısaldılması ilə bağlıdır: “Müasir texnologiyaların tətbiqi və infrastrukturun yenilənməsi nəticəsində yük qatarlarının hərəkət sürətinin artması, sərhəd-keçid və logistika əməliyyatlarının səmərəliliyinin yüksəlməsi təmin edilir ki, bu da Avropa ilə Asiya arasında daşınma müddətinin qısalmasına şərait yaradacaq.

Bütün iştirakçı ölkələrə müsbət təsiri olduğu kimi, BTQ xəttinin modernləşdirilməsi Azərbaycanın tranzit imkanlarının daha da artmasına təkan verəcək, beynəlxalq logistika və tranzit mərkəzi kimi ölkənin mövqeyini daha da möhkəmləndirəcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər nəqliyyat infrastrukturları ilə inteqrasiya ölkənin tranzit gəlirlərinin də artmasına müsbət təsir göstərəcək

Həyata keçirilən modernizasiya layihələrinin daha bir mühüm üstünlüyü Orta Dəhlizin imkanlarının artması və rəqabət qabiliyyətinin yüksəlməsi ilə səciyyələnir. Modernləşdirilmiş BTQ xətti beynəlxalq nəqliyyat xidmətləri bazarında Orta Dəhlizin rəqabət üstünlüklərini artıraraq, onun cəlbediciliyini daha da yüksəldir. Bütün bunlar Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha sürətli və etibarlı nəqliyyat əlaqələri formalaşdırır”.

Aqil Əsədov vurğulayıb ki, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi əldə edilmiş üstünlüklərlə yanaşı, bir sıra mühüm perspektivlərin formalaşmasına da şərait yaradır.

“İlk növbədə, bu proses Şərq–Qərb nəqliyyat əlaqələrinin daha da güclənməsinə xidmət edir və yaxın onillikdə yük daşımalarının həcminin əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. Xüsusilə Çin–Avropa ticarət marşrutlarında Orta Dəhlizə artan maraq BTQ xəttindən istifadənin intensivləşməsini şərtləndirəcək.

Eyni zamanda, modernləşmə region ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsinə və yeni logistika mərkəzlərinin formalaşmasına təkan verəcək. Bu isə öz növbəsində investisiya axınının güclənməsi və yeni iş yerlərinin yaradılması baxımından mühüm iqtisadi əhəmiyyət daşıyır. Bununla yanaşı, Zəngəzur dəhlizinin gələcəkdə fəaliyyətə başlaması BTQ xəttinin strateji rolunu daha da artıraraq Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında alternativ və daha çevik nəqliyyat əlaqələrinin formalaşmasına imkan yaradacaq.

Digər tərəfdən, modernləşdirilmiş BTQ xətti Orta Dəhlizin əsas komponentlərindən biri kimi Avrasiyanın aparıcı yükdaşımaları marşrutları sırasında öz mövqeyini daha da möhkəmləndirəcək və regionun tranzit–logistika–ticarət sistemində strateji əhəmiyyətini artıracaq. Nəticə etibarilə, bu inkişaf Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında nəqliyyat, logistika və ticarət sahələrində inteqrasiya proseslərini daha da dərinləşdirərək regional əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Beləliklə, təhlil və müşahidələr bu nəticəyə gəlməyə əsas verir ki, Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi layihəsi yalnız infrastrukturun yenilənməsi deyil, həm də regionun nəqliyyat və logistika potensialının artırılması baxımından strateji əhəmiyyətə malikdir. Aparılan yenidənqurma və təkmilləşdirmə işləri nəticəsində xəttin daşıma qabiliyyəti artacaq, yükdaşımaların intensivliyi və səmərəliliyi yüksələcək, Orta Dəhlizin rəqabət üstünlükləri güclənəcək. Gələcəkdə yük axınlarının artması, beynəlxalq əməkdaşlığın genişlənməsi və nəqliyyat-tranzit mərkəzi kimi iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsi BTQ layihəsinin əsas nəticələri kimi qiymətləndirilə bilər. Bakı–Tbilisi–Qars dəmir yolu haqlı olaraq “Dəmir İpək Yolu” adlandırılır və gələcəkdə onun əhəmiyyətinin daha da artacağı gözlənilir”,- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri