Icma.az
close
up
RU
BTQ nin vasitəçilik təşəbbüsü, Parisin qorxusu: Makronun naziri Azərbaycanı hədələyir

BTQ nin vasitəçilik təşəbbüsü, Parisin qorxusu: Makronun naziri Azərbaycanı hədələyir

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa dənizaşırı ərazilərdə insan hüquqlarına və yerli əhalinin hüquqlarına riayət olunmasına problemlər yaratmaqda davam edir. Bu istiqamətdə hər hansı bir təşəbbüsə qarşı çıxır, onların müzakirəsinə belə qısqanclıqla yanaşır.

Bu dəfə Fransanın dənizaşırı ərazilər naziri Manuel Vals ənənəsinə sadiq qalıb. O, Bakı Təşəbbüs Qrupunun (BTQ) Yeni Kaledoniyanın institusional gələcəyi ilə bağlı danışıqlarda vasitəçi olmağı təklifinə qarşı çıxıb. İddia edib ki, BTQ-nin vasitəçilik təşəbbüsü bölgədə vəziyyətin nəzarətdən çıxmasına yönəlib. Nazir hətta Azərbaycanı hədələməkdən də çəkinməyib.

"Birliyimizə qarşı yönəlmiş bu destabilizasiya cəhdləri ilə üzləşərkən Fransa həmişə qətiyyətli və sərt cavab verəcək", - "Le Figaro" Valsa istinadən xəbər verib.

O həmçinin qeyd edib ki, Fransa Azərbaycan ərazisindən "Fransanın xaricdəki strateji maraqlarına" qarşı fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunu tanımır. Halbuki Bakı Təşəbbüs Qrupu yarandığı gündən hər zaman dialoqu və sülh yolu ilə problemlərin həllini rəhbər tutub, müstəmləkəçiliyə qarşı mübarizəni prioritet elan edib.

Bəs BTQ-nin Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsa məktubunda nədən bəhs edilib? Əvvəla, bildirilib ki, M.Valsın Kanakiyə səfəri bölgədə vəziyyətin yerində öyrənilməsi və kanak xalqının tələblərini dinləmək baxımından təqdirəlayiqdir:

"Heç bir proses sonsuz ola bilməz və siz də yəqin ki, qəbul edərsiniz ki, danışıqlar nəticəyönümlü olmalıdır. Bu kontekstdə 1946-cı ildən açıq qalan və xüsusilə, 1988-ci ildə imzalanmış Matinyon sazişindən bəri Fransa hökumətinin öz öhdəliklərini yerinə yetirməkdən yayınması kanak xalqı kimi dekolonizasiya üzrə beynəlxalq QHT olan Bakı Təşəbbüs Qrupunu da ciddi narahat edir".

Məlumat üçün bildirək ki, Fransa ərazisinin 18 faizini dənizaşırı koloniyalar təşkil edir. Bu torpaqlarda təxminən 2,6 milyon nəfər əhali yaşayır. Son illər müstəmləkələrdə azadlıq tələblərinin artması Parisdə təşvişə səbəb olub.

BTQ-yə gəldikdə, qurum danışıqlara yeni nəfəs və töhfə vermək üçün Fransa hökuməti ilə Kanaki arasında danışıqlarda tərəfsiz vasitəçilik təşəbbüsünü irəli sürdüyünü bildirib.

"Kanak xalqının mütləq əksəriyyətinin təşkilatımıza olan etimadını, eləcə də dekolonizasiya sahəsində beynəlxalq təcrübəmizi nəzərə alaraq təklifimizə müsbət reaksiya verəcəyinizə ümid edirik. Öz fəaliyyətini beynəlxalq hüququn norma və prinsipləri üzərində quran təşkilatımızın danışıqlarda balanslı və ədalətli bir yanaşma təqdim edərək tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafını dəstəkləyəcəyinə əmin ola bilərsiz", - BTQ-nin məktubunda vurğulanıb.

Fransanın narahatlığına əsas da var. Azərbaycanın təşəbbüsü ilə iki il əvvəl yaradılan BTQ fəaliyyət göstərdiyi müddət ərzində 20-dən çox beynəlxalq tədbir keçirib, 7 memorandum imzalanıb. Bu dövr ərzində 10-dan çox hesabat hazırlanıb və beynəlxalq qurumlara təqdim edilib. Bundan başqa, Qrup fərqli beynəlxalq platformalarda bəyanatlar, hesabatlarla çıxış edib, uğur qazanılıb. Ən əsası, bu təşəbbüs beynəlxalq hüquq çərçivəsindədir.

Manuel Valsa gəldikdə, bu şəxs Fransada antisemit fəaliyyəti ilə tanınır. Məsələn, ölkəsində "Yaşıllar" Partiyasının deputatları "nifrətə təhrik" ittihamı ilə onu məhkəməyə verməyə hazırlaşırlar.

"Yəhudilərə nifrət, hər yerdə olduğu kimi, əsasən ərəb-müsəlman dünyasından gəlir" deyib. Onun bu şərhindən sonra "Yaşıllar" Partiyasının deputatları Benjamin Lukas və Lea Balaje El Mariki "nifrətə təhrik"ə qarşı qanuni tədbirlər gördüklərini açıqlayıblar.

Əvvəla, o, fransız cəmiyyətini ayıraraq ərəb-müsəlman dünyasını ayırır, əsl və ya güman edilən ərəb mənşəli müsəlmanları bu ölkədə antisemitizmə görə məsuliyyət daşımaqda günahlandırır.

Nazir dəfələrlə Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddiaları ilə yadda qalıb. Azərbaycanı Fransaya qarşı guya hibrid müharibə aparmaqda, habelə dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləməkdə günahlandırıb. Fransalı nazir dənizaşırı ərazilərində baş verən zorakılıq aktları, müstəqillik tələb edən xalqların hərəkatlarının boğulması faktları qarşısında heç bir arqument ortaya qoya bilmir, qoysa da, zəifdir.

Görünən odur ki, Yelisey sarayı dənizaşırı ərazilərdə apardığı çirkin siyasətin geniş əks-səda doğurduğundan narahatdır.

Digər məsələ, Fransanın müstəmləkə siyasəti, eləcə də dənizaşırı ərazilərdə insan hüquqlarına və yerli əhalinin hüquqlarına riayət olunması ilə bağlı yaratdığı problemlər uzun müddət beynəlxalq səviyyədə qaldırılmayıb. Bu mövzu Fransa mediasında da işıqlandırılmayıb.

Lakin Azərbaycan problemi yeni səviyyəyə çıxardı və indi bu barədə BMT tribunalarından danışılır, beynəlxalq təşkilatların platformalarında müzakirə olunan bu məsələyə həm Bakıda, həm də dünyanın digər yerlərində beynəlxalq konfranslar həsr olunur. Dənizaşırı ərazilər, onların həm təbii sərvətlərinin, həm də insanlarının amansız istismarı ilə bağlı məsələlər bütün dünyada müzakirə mövzusuna çevrilib. Rəsmi Parisi də məhz bu narahat edir.

Bu mövzu onilliklər, bəzi hallarda isə əsrlərboyu kölgədə qalsa da, son illərdə medianın inkişafı bu məsələnin gizlədilməsini qeyri-mümkün edib.

Beləliklə, Fransanın Azərbaycanın regional sülh təşəbbüsünə də qarşı qərəzli yanaşması təsadüfi deyil. Nazir Valsın fikirləri, Fransanın öz "strateji maraqları" müzakirə mövzusu olduqda fikir azadlığı, müstəqillik kimi anlayışları da qurban verməyə hazır olduğunu nümayiş etdirməsi, əslində, bu ölkənin məsələlərə ikili standartlar çərçivəsində yanaşmasından xəbər verir.

"Report" İnformasiya Agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Aprel 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri