Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

“Makronun təşəbbüsü alınmayacaq” Ekspert

“Makronun təşəbbüsü alınmayacaq” Ekspert

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Makronun bu təşəbbüsü də baş tutmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Fransa prezidenti Emmanuel Makronun Ukraynada Rusiyanın yeni hücumuna qarşı qoruyucu vasitələrdən birinə çevrilə biləcək Avropa sülhməramlı missiyası ilə bağlı planını şərh edərkən deyib.

"ABŞ-ın 47-ci prezidenti Donald Tramp Ukrayna müharibəsini bitirəcəyilə bağlı verdiyi vədlər fonunda onun həmin istiqamətdə müəyyən təşəbbüslərlə çıxış edəcəyini hər kəs, Avropa ölkələri, o cümlədən Fransa da yaxşı bilir. Fəaliyyətə başlamazdan öncə Tramp kabinetinin Ukraynada sülh üçün hazırladığı sənədin müzakirəsi də demək olar artıq beynəlxalq ictimaiyyətə təqdim edilmiş vəziyyətdədir. Söhbət Rusiya və Ukraynanı müharibədən çəkindirmək üçün hər iki tərəfə vəd olunan məsələlərdən gedir", deyə Taleh Əliyev əlavə edib.


Ekspert hesab edir ki, Varşava ABŞ və Böyük Britaniyanın Avropada əsas müttəfiqlərindən biri sayılır:

"2017-ci ildə Polşada üç dəniz əməkdaşlığı adlı yeni regional ittifaqın əsası qoyulub. Söhbət Polşanın əsas rol oynaması şərtilə Baltik, Qara dəniz və Aralıq dənizləri hövzəsində yerləşən ölkələrin yeni birliyindən gedir. Makronun son təşəbbüsü də əslində ABŞ-ın Avropadakı yeni strategiyasına uyğunlaşmaq və Polşanın timsalında Avropada yeni mərkəzin önə çıxmasını qabaqlamaq məqsədi daşıyır. Paris Avropa müstəvisində Varşavanın onu  üstələməsinə imkan vermək istəmir. Ona görə də özünə aid təşəbbüslərdə Polşaya da müəyyən rol ayırmaqla özünün "qoca qitə"də əsas söz sahibi olaraq qaldığını nümayiş etdirmək istəyir".

Həmsöhbətimiz Makronun bu təşəbbüsünün nəticə verəcəyini düşünmür:

"Makronun bu təşəbbüsü yaşamaq haqqı olan ideya kimi masaya yatırılacaq. Amma hazırkı şərtlər daxilində təşəbbüsün nəticə verəcəyi inandırıcı görünmür. Çünki Ukrayna cəbhəsində müharibənin dayandırılması onun sülh yolu ilə başa çatması anlamına gəlmir. Ona görə ki, Rusiyanın şərtləri burada öz əksini tapmır və yalnız Ukraynanın maraqlarına cavab verir. Belə vəziyyət gələcəkdə Rusiyaya qarşı daha sərt tələblərin ortaya gəlməsi və yeni müharibəyə rəvac verə bilər. Ona görə də  atəşkəs Moskvanı qane etmir. Bu, Rusiya üçün dərhal olmasa da, mərhələli şəkildə məğlubiyyəti qəbul etməsi anlamına gələcək. Rusiya gücü çatdığı qədər belə bir sənədə imza atmayacaq". 

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronun Ukraynada Rusiyanın yeni hücumuna qarşı qoruyucu vasitələrdən birinə çevrilə biləcək potensial Avropa sülhməramlı missiyası ilə bağlı planlarının olduğu iddia edilir. Plana görə o, bu məsələdə əsas müttəfiqi kimi Polşanı görür. Söhbət Rusiya və Ukrayna arasında müharibənin hazırkı mərhələsinə son qoyulması ilə bağlı hansısa saziş imzalanacağı təqdirdə Avropa ölkələrindən olan sülhməramlı qüvvələrdən gedir. Nəşrin yazdığına görə, belə bir potensial missiyanın müzakirəsi Makronun dekabrın 12-də Varşavaya səfəri zamanı əsas söhbət mövzusu olacaq. Hətta bildirilir ki, ola bilsin mövzu ötən şənbə günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Volodimir Zelenski ilə də müzakirə edilib. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see550

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see542

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see535

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see454

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see432

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see347

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see328

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see293

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri