Icma.az
close
up
RU
BTQ təkcə əməkdaşlığa deyil, sülhə, təhlükəsizliyə xüsusi töhfə verir Şərh

BTQ təkcə əməkdaşlığa deyil, sülhə, təhlükəsizliyə xüsusi töhfə verir Şərh

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bir zamanlar çoxları üçün inanılmaz görünən Bakı–Tiflis–Qars (BTQ) dəmir yolunun açılışından artıq 8 il ötür. Qlobal və regional miqyasda gedən mürəkkəb geosiyasi proseslər fonunda nəqliyyat infrastrukturları, xüsusilə də Bakı–Tiflis–Qars dəmir yolu böyük əhəmiyyət kəsb edir və getdikcə bu əhəmiyyət daha da artır. Bu dəmir yolu xətti Avrasiyada yük daşımalarında yeni bir xəritəni müəyyən etməklə Orta Dəhlizin əsas arteriyası rolunu oynayır. Çox böyük strateji əhəmiyyət kəsb edən Bakı–Tiflis–Qars dəmir yolu layihəsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində əsas hədəflərdən biri ölkənin nəqliyyat potensialının inkişaf etdirilməsi və beynəlxalq nəqliyyat qovşağına çevrilməsidir.

“Əsas strateji hədəf – Azərbaycan ərazisindən keçən Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv istifadəsini təmin etməklə ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfə vermək, 2030-cu ilədək tranzit daşımaların illik həcmini 2–4 dəfə artırmaqdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, Şərqdən Qərbə və Şimaldan Cənuba gedən ticarət yollarının kəsişməsində yerləşməsi bu hədəfə çatmaq baxımından müsbət amil olsa da, kifayət etmir.

Orta Dəhlizin tərkib hissəsi olan Bakı–Tiflis–Qars dəmir yolu bu baxımdan mühüm əhəmiyyət daşıyır. BTQ xəttinin imkanlarının genişləndirilməsi məqsədilə aparılan modernləşdirmə işləri nəticəsində illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. 2034-cü ilədək Bakı–Tiflis–Qars dəmir yolunun yükdaşıma potensialının 17 milyon tona qaldırılması nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istiqamətində ciddi işlər gedir.

Artıq görülən tədbirlər nəticəsində BTQ Avrasiya məkanında rəqabətədavamlı bir marşrut kimi özünü doğruldub. BTQ-nin bundan sonra da digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabətqabiliyyətinin artırılması, optimallaşdırılmış çatdırılma müddətləri ilə bu marşruta əlavə yük axınlarının cəlb edilməsi və yükdaşımaların dayanıqlılığını təmin etmək məqsədilə Azərbaycan, Türkiyə və Gürcüstan arasında saziş imzalanıb. Tərəflər arasındakı razılaşmaya əsasən, Ələtdən Mersinə – Aralıq dənizinə yüklərin 4 gün yarım ərzində çatdırılması mümkün olacaq.

Görülən işlər nəticəsində Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilməklə yanaşı, Orta Dəhlizin digər dəhlizlərlə rəqabətədavamlı olmasına, yüklərin Şərqdən Qərbə və əksinə, o cümlədən Şimali Afrika regionuna daha asan, etibarlı və qısa yolla çatdırılmasına imkan yaradacaq. Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq Zəngəzur dəhlizinin açılması Azərbaycanın daha da güclü, qüdrətli dövlətə çevrilməsinə, geosiyasi əhəmiyyətinin artmasına və beynəlxalq münasibətlər sistemində daha ciddi oyunçu kimi çıxış etməsinə əlavə imkanlar yaradacaq.

Bakı–Tiflis–Qars dəmir yolunun açılış mərasimində cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, BTQ tarixi və qlobal layihədir:
“Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatında öz rolunu oynayacaq”.

Ölkə başçısının bəyan etdiyi kimi, Azərbaycanın maliyyəsi və təşəbbüsü ilə reallaşan BTQ təkcə qitələrarası əməkdaşlıq formatının yaranmasına deyil, həm də regional sülhə, sabitliyə və təhlükəsizliyə töhfə vermiş olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Oktyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see402

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see262

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see204

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see188

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see185

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see179

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see155

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see153

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see144

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri