Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı kursunun buraxılış mərasimi keçirilib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" hərbi hissəsində "Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, əvvəlcə hərbi hissənin ərazisindəki şəhidlərin memorial kompleksi ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirələrinə ehtiram nümayiş etdirilib.
Buraxılış mərasimində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra tədbirdə çıxış edən HDQ komandanı kontr-admiral Şahin Məmmədov kursu müvəffəqiyyətlə bitirən hərbçiləri təbrik edib, Azərbaycan və Türkiyə ordularının peşəkar təlimatçılarının da cəlb edildiyi kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə heyətə təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan və Türkiyədən olan təlimatçılara, kursu müvəffəqiyyətlə bitirən məzunlara fəxri fərmanlar, sertifikatlar, fərqlənmə döş nişanları və qiymətli hədiyyələr təqdim olunub.
Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 15 Dekabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















