BTS in lideri muzeyi fəth etdi Sərgiyə 66 mindən çox bilet satıldı
Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
K-pop ulduzunun incəsənətə marağı muzeylərə gələn auditoriyanı dəyişə biləcək hadisəyə çevrilib.
Kulis.az xəbər verir ki, BTS qrupunun lideri RM-in şəxsi kolleksiyasına həsr olunan “RM x SFMOMA: Between You and Me” sərgisi San-Fransisko Müasir İncəsənət Muzeyində böyük maraq doğurub.
Sərgiyə 66 mindən çox bilet satılıb, əvvəlcədən satış göstəricisi isə muzeyin indiyədək keçirdiyi digər sərgilərin nəticəsini altı dəfə üstələyib.
Ekspozisiyada RM-in şəxsi kolleksiyasından 142 əsər yer alır. Bunların əksəriyyəti Koreya rəssamlığı, xəttatlıq və heykəltəraşlıq nümunələridir. Onlar muzeyin kolleksiyasından seçilmiş 36 əsərlə dialoq şəklində təqdim olunur. Yun Hyonq-kının əsərlərinin Mark Rotkonun işi ilə yanaşı nümayişi sərginin diqqətçəkən məqamlarındandır.
RM yalnız əsərləri toplamaqla kifayətlənməyib, ekspozisiyanın hazırlanmasında da iştirak edib. Sənətçi ekspozisiyanın etiketləri üçün şəxsi qeydlər yazıb və ziyarətçilərə audio bələdçi təqdim edib. Sərgi 2027-ci il fevralın 7-dək davam edəcək.
Üzeyir bəyin Parisdə qalan qardaşı – Ceyhun Hacıbəyli niyə ömrünün sonunadək Vətənə qayıda bilmədi? Nobel Sülh mükafatının laureatı açıqlandı Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Oktyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















