Dayanıqlı, çevik və qabaqlayıcı institutlar üçün regional həllər PANEL SESSİYA
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 5 noyabr, AZƏRTAC
"BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı sammit çərçivəsində "Dayanıqlı, çevik və qabaqlayıcı institutlar üçün regional həllər" mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyaya BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsinin idarəetmə və dövlət idarəçiliyi üzrə mütəxəssisi, doktor Kristina Rodriges-Akosta moderatorluq edib. Müzakirələrdə Amerika, Afrika, Asiya və Sakit okean regionu, Karib hövzəsi, Mərkəzi Asiya və Avropanın təcrübəsi əsasında idarəetmə sahəsində innovasiyalar, onların tətbiqi nəticələri və uğurlu təcrübələrin müxtəlif ölkələrdə genişləndirilməsi imkanlarından bəhs edilib.
Sessiyada çıxış edən regional qurumların və şəbəkələrin rəhbərəri, eləcə də ekspertlər idarəetmə sahəsində əldə olunan yenilikləri və bu istiqamətdə qazanılmış təcrübələri bölüşüblər.
Müxbirlər - Günel Türksoy, Tərgül Babayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 05 Noyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















