Bu 1 milyardı nəyə xərcləyəcəksiniz? Hanı o proqram? Natiq Cəfərlidən maliyyə nazirinə sərt suallar
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
REAL Partiyasının sədri Natiq Cəfərli maliyyə naziri Samir Şərifovun dövlət büdcəsi ilə bağlı çıxışını tənqid edib.
Azpost.info bildirir ki, nazir Samir Şərifov Milli Məclisdə çıxışı zamanı bildirib ki, 2025-ci ildə ölkədə ilk dəfə “yaşıl büdcə” xərcləri olacaq. Nazirin sözlərinə görə, 2025-ci ildə “yaşıl büdcə” xərcləri istiqaməti üzrə 1,3 milyard manat vəsaitin 1 milyard manatı iqlim dəyişiklikləri üzrə adaptasiya və mitiqasiya tədbirlərinə, 300 milyon manatı isə ətraf mühitin mühafizəsi tədbirlərinə yönəldiləcək.
N.Cəfərli bu çıxışı “komik” adlandırıb: “Bu 1 mlrd. manatı yeni terminlər işlədərək nəyə, və ya, niyə xərcləyəcəksiniz?! İqlim dəyişikliyinə qarşı adaptasiya və mitiqasiya tədbirləri dedikdə nəyi nəzərdə tutursunuz?! Hanı o tədbirlərin planı-proqramı, addımları?! 2025-ci ildə, 365 gündə bu sahədə 1 mlrd. manata nə addımlar atılacaq? Kim, nəyə və necə adaptasiya olacaq?! Bu sulların cavabı varmı? Yoxsa yeni “dəb”, “yaşıl korrupsiya” elementləri yaranır?!”-deyə partiya sədri nazirə suallar ünvanlayıb.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 26 Noyabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















