Bu 20 qəpiklik məhsul qaraciyərin yağlanmasını azaldır
Icma.az, Saglamolun portalına istinadən məlumat verir.
Karolina Universitetinin (ABŞ) alimləri sübut edir ki, rasionda göyərtilərin (xüsusilə kahı, ispanaq, vəzəri, turşəng, gicitkən, cəfəri, pərpətöyün kimi göyərtilərin) çox olması qaraciyərin yağlanmasının riskini xeyli azaldır.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər bunu göyərtilərin tərkibində nitrat maddəsinin olması ilə izah edirlər. Orqanizmə düşdükdən sonra nitratlar azot oksidinə çevrilir ki, məhz bu maddə qaraciyərin sağlamlığına müsbət təsir edir, piylənmədən qoruyur. Azot oksidinin həmçinin digər faydalı xüsusiyyəti də var. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi normallaşdırmağa kömək edir.
Mütəxəssislər qeyd edir ki, qaraciyərin yağlanmasından əziyyət çəkənlər də mütləq hər gün göyərti yeməlidir. Bu piylənmənin səviyyəsinin azalmasına kömək edəcək.
Bildiyimiz kimi, qaraciyərin yağlanması çox ağır pozulmadır ki, onun nəticəsində insanda qaraciyər sirrozu inkişaf edə bilər.
Mütəxəssislər hər gün 200 gr göyərti yeməyi tövsiyə edirlər.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 16 Oktyabr 2026 04:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















