Icma.az
close
up
RU
Bu 3 nazir eyni kürsüdə əyləşib FOTO

Bu 3 nazir eyni kürsüdə əyləşib FOTO

Icma.az, Metbuat saytına istinadən bildirir.

Azərbaycanda 3 nazirin karyera yüksəlişi eyni nazirlikdən başlayıb. Söhbət 28 iyul 2022-ci ilə kimi Təhsil Nazirliyi adlanan dövlət qurumundan gedir.

Metbuat.az-ın məlumatına görə, siyahıya hazırda iqtisadiyyat naziri postunu tutan Mikayıl Cabbarov başçılıq edir. O, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 aprel tarixli Sərəncamı ilə təhsil naziri təyin edilib. Cabbarov bu vəzifədə 05 dekabr 2017-ci ilə kimi çalışıb.

Fotoda: İqtisadiyyat naziri Mikayıl Cabbarov

Sabiq nazir Misir Mərdanovdan təhvil aldığı kresol Mikayıl Cabbarova uğur gətirib. O, təxminən 4 il təhsil naziri işlədikdən sonra 2017-ci ilin dekabrında Prezident İlham Əliyevin Sərəncamı ilə vergilər naziri təyin edilib. İki il Vergilər Nazirliyinə rəhbərlik edən Cabbarov 23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin olunub.

49 yaşlı nazirin vəzifəsini uğurla icra etdiyini söyləmək mümkündür.

Xarici işlər naziri Ceyhun Bayramovun da taleyinə təhsil naziri olmaq yazılıb. Mikayıl Cabbarovun xələfi 23 aprel 2018-ci ildən 16 iyul 2020-ci ilə kimi təhsil naziri işləyib. Sabiq nazir Misir Mərdanovdan qalan kürsü Ceyhun Bayramov üçün də düşərli olub. O, Prezident İlham Əliyevin Sərəncamı ilə 16 iyul 2020-ci ildə xarici işlər naziri təyin olunub.

Ceyhun Bayramovun ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etdiyini əminliklə yaza bilərik.

Fotoda: Xarici işlər naziri Ceyhun Bayramov


Sələfləri Mikayıl Cabbarov və Ceyhun Bayramovdan fərqli olaraq Elm və təhsil naziri Emin Əmrullayev artıq 5 ildən çoxdur ki, eyni kürsüdə əyləşir. 28 iyul 2022-ci ildə Təhsil Nazirliyinin adı dəyişdirilsə də, Əmrullayev kreslosunu qoruya bilib. Sələfləri kimi Emin Əmrullayev də başqa bir nazirliyin başına gətirilib-gətirilməyəcəyini isə zaman göstərəcək.

Görünən odur ki, zaman onun əleyhinə işləyir...

Fotoda: Elm və təhsil naziri Emin Əmrullayev

Nazim Hüseynzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Dekabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri