Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Bu 5 əlaməti görsəniz, həmin oteli heç vaxt bron etməyin

Bu 5 əlaməti görsəniz, həmin oteli heç vaxt bron etməyin

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oteli seçmək ilk baxışdan sadə görünür: gözəl şəkillər, münasib qiymət və əlverişli yerləşmə. Lakin təcrübəli səyyahlar yaxşı bilirlər ki, bəzən məhz bu cür detallər oteldə ciddi problemlərin gizləndiyini göstərə bilər. AzPost xəbər verir ki, bu barədə səyahət üzrə mütəxəssis və “Descubriendo Viajes” turizm platformasının qurucusu Xavyer Sobrino Daily Express nəşrinə danışıb.

Mütəxəssis bildirir ki, bəzi hallarda turistlər yalnız qiymətə və şəkillərə baxaraq otel seçirlər. Lakin bron etməzdən əvvəl bir neçə vacib məqama diqqət yetirmək lazımdır.

Hava limanı yaxınlığındakı otellər

Bir çox turist rahatlıq üçün hava limanına yaxın otelləri seçir. Ancaq bu seçim yalnız uçuş çox erkən olduqda məntiqli sayılır. Əks halda səyyahlar səfərin son axşamını şəhərin ab-havasını hiss etmək, yerli mətbəxi dadmaq və gəzmək əvəzinə sadə otel otağında keçirirlər. Üstəlik, belə otellər adətən turistik ərazilərdən uzaqda yerləşir və ətrafda əyləncə və ya xidmət imkanları az olur.

Şübhəli dərəcədə ucuz “hər şey daxil” istirahət paketləri

“Hər şey daxil” sistemi sərfəli ola bilər, lakin qiymət həddindən artıq aşağıdırsa, bu bəzən problemlərdən xəbər verir. Belə otellərdə turistlər tez-tez keyfiyyətsiz yeməklər, aşağı səviyyəli içkilər, gigiyena problemləri və ləğv olunan əyləncə proqramları ilə qarşılaşırlar. Mütəxəssis tövsiyə edir ki, qonaqların rəyləri diqqətlə oxunsun. Əgər qonaqların 25 faizindən azı oteli “əla” qiymətləndiribsə, bu artıq ciddi xəbərdarlıq sayılır.

Magistral yolların yaxınlığında yerləşən təcrid olunmuş otellər

Şəkillərdə belə otellər cəlbedici görünə bilər. Lakin əslində onlar çox vaxt səs-küylü yolların və ya yük maşınlarının dayanacaqlarının yanında yerləşir. Bu isə nəqliyyat səs-küyü, yaxınlıqda kafe və restoranların olmaması, bahalı taksi xərcləri və şəhərdən təcrid olunmuş mühit kimi problemlərə səbəb olur.

Təmir gedən otellər

Bəzi otellər təmir işləri səbəbindən endirimli qiymətlər təklif edir. Lakin bu işlərin miqyası hər zaman açıq şəkildə göstərilmir. Nəticədə turistlər səhər tezdən tikinti səsi, bağlı hovuz və restoranlar, həmçinin xidmətlərin məhdud olması ilə qarşılaşa bilərlər. Mütəxəssislər bron etməzdən əvvəl otelə yazaraq təmir barədə ətraflı məlumat almağı tövsiyə edirlər.

Nüfuzlu ərazilərdə həddindən artıq ucuz otellər

Bəzən məşhur və bahalı ərazilərdə çox ucuz qiymət təklif edən otellər də şübhə doğura bilər. Bu cür hallarda köhnəlmiş otaqlar, gizli ödənişlər və zəif xidmət kimi problemlər ortaya çıxa bilər.

Ekspertin sözlərinə görə, yaxşı otel mütləq bahalı olmalı deyil. Əsas məsələ qiymətin göstərilən xidmətlə uyğun olması və qonaqlara həqiqi qonaqpərvərlik təqdim edilməsidir. Buna görə də oteli bron etməzdən əvvəl yalnız şəkillərə və qiymətə deyil, həm də rəylərə, yerləşməyə və xidmət detallərinə diqqətlə baxmaq vacibdir. Bəzən bir neçə dəqiqəlik yoxlama bütün səfəri xilas edə bilər.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Mart 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see439

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see332

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see331

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see310

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see288

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see287

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see277

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see258

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see242

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see235

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see219

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see218

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see209

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see203

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see202

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see194

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see190

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri