Bu almaları yemək təhlükəlidir? AÇIQLAMA
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bəs bağlarda yayılan göbələk xəstəliyinə yoluxmuş almaların insan sağlamlığı üçün hər hansı zərəri varmı?
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Ölkə.az-a bildirib ki, göbələk xəstəlikləri son dövrlərdə geniş yayılıb.
Onun sözlərinə görə, ümumiyyətlə, havaların rütubətli və nəm keçməsi həm bitkilər, həm də tərəvəzlər arasında bu xəstəliklərin artmasına səbəb olur:
"Bu xəstəliklərlə mübarizə aparmaq o qədər də asan deyil. Lakin kəndlilər və fermerlər aqrotexniki qaydalara əməl etməlidirlər ki, bitkilərin immun sistemi möhkəm olsun, onlar xəstəliklərə və digər stress amillərinə qarşı daha dözümlü olsunlar.
Əgər belə hallar baş verirsə, əlbəttə, onların vurduğu ziyanın kompensasiya olunması barədə düşünülməlidir.
Göbələk xəstəliklərinin insan orqanizminə heç bir zərəri yoxdur. Bitkilərdə yaranan bu xəstəliklər insana keçmir və sağlamlıq üçün təhlükə yaratmır. Onlar məhsulu xarab edir, məhsulun əmtəə görünüşünü korlayır, lakin insan üçün təhlükəli hesab edilmir.
Məsələn, göbələk xəstəliyinə tutulmuş alma emal müəssisələri tərəfindən qəbul edilərsə, xəstəliyin yaratdığı çürümə və ya zədələnmiş hissələr kəsilərək ayrılır, daha sonra məhsul emal olunur. Yəni bu cür xəstəliklərin insan orqanizminə birbaşa zərəri yoxdur".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 Oktyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















