Icma.az
close
up
RU
Bu amillər qadınların doğuşdan sonra ölməsinə səbəb olur AÇIQLAMA

Bu amillər qadınların doğuşdan sonra ölməsinə səbəb olur AÇIQLAMA

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Son illərdə dünya üzrə anaların doğuşdan sonra ölümü ilə bağlı statistikalarda artım müşahidə olunmaqdadır.  Bu hallar öz ölkəmizdə də baş verir. 

Bəs doğuşdan sonra ananın ölümü nə ilə bağlıdır?

Mövzu ilə bağlı Sfera.az-a danışan ginekoloq Təranə Həsənova bildirib ki, anaların doğuşdan sonra ölümünün başlıca səbəbləri arasında qanaxma (hemorragiyalar), infeksiyalar, yüksək qan təzyiqi, ürək və damar problemləri və səhv tibbi müdaxilələr yer alır:

"Doğuşdan sonra həddindən artıq qan itirilməsi anaların ölümünə səbəb olan hallardan biridir. Bu vəziyyətin vaxtında müalicə edilməməsi və müdaxilə olunmaması ağır nəticələrə səbəb ola bilər. Bir digər əsas səbəb isə doğuşdan sonra yaranan infeksiyalardır. Əgər infeksiya vaxtında aşkarlanmazsa, ananın həyatı ciddi şəkildə təhlükəyə girər. Həm doğuş yolu infeksiyaları, həm də cərrahi müdaxilə nəticəsində yaranan infeksiyalar anaların ölümünə səbəb ola bilər. Bu cür vəziyyətlərin qarşısını almaq üçün doğumdan sonra doğru tibbi baxım göstərmək lazımdır". 

Həkim qeyd edib ki, sosial və iqtisadi amillər də anaların doğuşdan sonra ölüm hallarını artıra bilər:

"Tibbi xidmətlərə əlçatanlığın olmaması, keyfiyyətli səhiyyə xidmətlərinin əskikliyi və ya müalicə üçün lazımi avadanlıqların mövcud olmaması bu halların artmasına gətirib çıxarır".

Təranə Həsənova vurğuladı ki, anaların doğuşdan sonra ölməsinin qarşısını almaq üçün səhiyyə infrastrukturu təkmilləşdirilməlidir:

"İlk növbədə, bütün hamilə qadınlar üçün vaxtında tibbi müayinələr və təcrübəli həkimlər tərəfindən müntəzəm nəzarət həyata keçirilməlidir. 

Həm hamilə qadınlara, həm də onların ailələrinə hamiləlik dövlü ilə bağlı məlumat verilməlidir. Hər bir hamilə qadın tibbi müayinələdən vaxtında keçməli və əgər ananın səhhətində bir problem varsa, qarşısı tez bir zamanda alınmalıdır. Doğuşdan sonra anaların ölümünə qarşı mübarizənin gücləndirilməsi yalnız tibbi tədbirlərdən asılı deyil.  Bu halla mübarizə aparmaq üçün cəmiyyət və səhiyyə qurumları birgə çalışmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Fevral 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri