Icma.az
close
up
RU
“Bu, artıq gecdir, cənab Qrossi...” İrandan AEBA ya sərt ittihamlar

“Bu, artıq gecdir, cənab Qrossi...” İrandan AEBA ya sərt ittihamlar

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın tikilməkdə olan Xondab ağır su tədqiqat reaktorunun vurulması barədə məlumatlı olduğunu bildirib.

"Reaktor istismarda olmayıb və nüvə materialı ehtiva etmədiyi üçün radioloji təsir yoxdur. Hazırda AEBA-nın Xondab ağır su istehsalı zavodunun zərbə aldığına dair heç bir məlumatı yoxdur", – BMT-nin nüvə proqramlarına nəzarət institutu X platformasındakı paylaşımında qeyd edib.

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqayi isə AEBA-nı yalan hesabat hazırlamaqda ittiham edib və bildirib ki, bu hesabat əsasında hazırlanan qətnamədən İsrail, İrana hücum üçün bəhanə kimi istifadə edib.

Rafael Qrossinin "Bizim İranın nüvə silahı hazırlamaq istiqamətində sistemli bir səylə məşğul olduğuna dair heç bir sübutumuz yoxdur" fikrinə münasibət bildirən İran XİN sözçüsü bu etirafın artıq gec olduğunu bildirib: "Bu, artıq gecdir, cənab Qrossi. Siz bu həqiqəti tamamilə qərəzli hesabatınızda gizlətmisiniz. Bu hesabat E3 (Almaniya, Britaniya və Fransa)/ABŞ tərəfindən əsassız ittihamlar əsasında qətnamə hazırlamaq üçün alətə çevrilib."

İranlı rəsmi AEBA-nın baş direktorunu "nüvə silahlarının yayılmasının qarşısının alınması rejiminə xəyanət etməkdə və İrana qarşı başladılan müharibədə AEBA-nı tərəfdaşa çevirməkdə" ittiham edib.

İranın keçmiş xarici işlər naziri və sabiq vitse-prezidenti Cavad Zərif də Rafael Qrossini məsuliyyətsizlikdə və yanlış hesabat təqdim etməkdə günahlandırıb: 

"Rafael Qrossinin məsuliyyətsiz və yanlış AEBA hesabatı Agentliyə bərpaolunmaz ziyan vurub. Qrossi, İsrailin təcavüzü nəticəsində İranda günahsız insanların ölümü üçün bəhanə kimi istifadə olunan bu hesabatda iştirakına görə cavab verməlidir", – Zərif X sosial media hesabında yazıb.

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 İyun 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri