Icma.az
close
up
RU
Bu Avropa şəhərinə giriş sabahdan pullu olacaq

Bu Avropa şəhərinə giriş sabahdan pullu olacaq

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın bir çox ölkəsi turist cəlb etmək üçün böyük səylər göstərdiyi bir vaxtda İtaliyanın Venesiya bölgəsi həddindən artıq turistlərə qarşı tədbir görməyə başlayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu çərçivədə sıxlığı azaltmaq istəyən şəhər rəhbərliyi şəhərə gəlmək istəyən ziyarətçilərdən pul yığmağı düşünür.

Hazırda şəhərə gələn turistlərdən 5 avro ödəniş tələb edilməsi gündəmdədir.

Venesiya hökuməti şəhərin tarixi və mədəni irsini qorumaq üçün 2024-cü ilin aprel-iyul aylarında tətbiq etidiyi "giriş haqqı"nı yenidən alacaq.

Məlumata görə, sabahdan etibarən (18 aprel) şəhərə girişdə turistlərdən 5 avro tələb ediləcək.

Builki tətbiqin ən mühüm yeniliyi isə son anda bir günlük səfər etmək istəyənlərdən ikiqat haqq alınacağıdır.

Bu təcrübə şəhərə gələnlərin sayına o qədər də təsir etməsə də, gözlənildiyindən çox pul qazandırıb. Keçən il şəhər mərkəzinə giriş haqqı ödəmək məcburiyyətində qalan turistlər sayəsində  2,4 milyon avro gəlir əldə edilib. 

Bu il onlayn da ödənilə bilən rüsum 5 avro olaraq qalacaq, lakin səyahətə üç gün qalmış alınan biletlər ikiqat bahalaşacaq. 14 yaşdan kiçik uşaqlar üçün ödəniş tələb olunmayacaq.

Qeyd edək ki, hər il təxminən 30 milyon insan Venesiyanı ziyarət edir və hazırda dünyada giriş haqqı alan ilk böyük turizm şəhəridir.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri