“Elə bir şey heç vaxt olmayıb və ola da bilməz” Füzuli Məmmədov
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Birinci Liqanın 8-ci turunda “Gəncəbasar”la heç-heçə etdikləri oyundan (0:0) sonra yarışın lideri olan “Şahdağ Qusar”ın baş məşqçisi Füzuli Məmmədov fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, komandasının turnir cədvəlindəki ən yaxın izləyicisinə qarşı yaxşı oyun nümayiş etdirdiyini bildirib:
“Qarşımızda güclü komanda var idi. “Gəncəbasar”ı yaxşı təhlil etmişdik. Hücum xəttində təhlükəli futbolçuları olduğundan maksimum diqqətli oynamağa çalışdıq. Rəqibə, demək olar ki, imkan vermədik. Əksinə, özümüz də bir neçə qol epizodunu qaçırdıq. Qol vursaydıq, oyun başqa cür ola bilərdi. Futbolçular meydanda tapşırıqlarını maksimum yerinə yetirdilər”.
Baş məşqçi heç-heçənin çempionluq mübarizəsinə təsiri barədə danışarkən komandasının meydana yalnız qələbə üçün çıxdığını vurğulayıb:
“Biz qələbə üçün oynayırdıq. Meydanda da görünürdü ki, rəqib üçün səfərdə qazanılan bir xal yaxşı nəticə ola bilər. Amma bizim məqsədimiz üç xal idi. 90 dəqiqə ərzində hücum edən, pressinq göstərən və topu qazandıqdan sonra sürətli keçidlər edən tərəf biz olduq. Rəqib isə yaxşı müdafiə olundu”.
Füzuli Məmmədov bir neçə gün əvvəl sosial şəbəkələrdə onun “İmişli” klubuna təklif göndərməsi barədə yayılan məlumatlara da münasibət bildirib. O, bu iddiaların həqiqəti əks etdirmədiyini deyib:
“Elə bir şey heç vaxt olmayıb və ola da bilməz. Bütün fikrimlə, ürəyimlə Şahdağdayam. Hazırda burada müqaviləm var və sonadək komandamın yanında olacağam. Heç bir təklif məni maraqlandıra bilməz. Bütün diqqətim komandadadır”.
Sevil Heydərova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 Noyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















