Icma.az
close
up
RU
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Metbuat.az xəbər verir ki bu barədə, AYNA məlumat yayıb

Məlumata əsasən, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala, Bakı–Cəlilabad, Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın, Bakı–İmişli, Bakı–Ağdaş, Bakı–Horadiz, Bakı–Sabirabad, Sumqayıt–Xankəndi–Laçın, Mingəçevir–Göyçay, Bərdə–Şəki, Gəncə–Qazax, Qazax–Gəncə şəhərlərarası, Uzuntala kəndi – Zaqatala, Urva kəndi – Qusar avtovağzalı istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 20 dekabr 2025-ci saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala və Bakı–Cəlilabad istiqamətlərində 6 lot üzrə dekabrın 22-də, Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Cəlilabad, Bakı–Xankəndi–Laçın və Bakı–İmişli istiqamətlərində 6 lot üzrə dekabrın 24-də, Bakı–Ağdaş, Bakı–Horadiz, Bakı–Sabirabad, Sumqayıt–Xankəndi–Laçın, Mingəçevir–Göyçay və Bərdə–Şəki istiqamətlərində 6 lot üzrə dekabrın 30-da, Gəncə–Qazax və Qazax–Gəncə istiqamətlərində 4 lot üzrə yanvarın 13-də, paytaxtın 57 nömrəli (Bakıxanov qəsəbəsi – C.Hacıəliyev küçəsi) və 76 nömrəli (Bakıxanov qəsəbəsi d/st. – "Neftçilər" m/st.) şəhərdaxili avtobus marşrutları üzrə 2 lotda yanvarın 13-də, 78 nömrəli (Bakıxanov qəsəbəsi, d/st. – Azər Manafov küçəsi), 139 nömrəli ("Koroğlu" NMM – Savalan yaşayış massivi), 189 nömrəli ("Koroğlu" NMM – Nardaran qəsəbəsi) şəhərətrafı və 500 nömrəli (Sumqayıt şəhəri - Bakı şəhəri) şəhərlərarası avtobus marşrutları üzrə, eləcə də Uzuntala kəndi – Zaqatala və Urva kəndi – Qusar avtovağzalı istiqamətlərində 6 lot üzrə yanvarın 16-da baxılacaq.

Qeyd edək ki, Sumqayı–Xankəndi–Laçın müntəzəm şəhərlərarası marşrut xətlərinin tam fəaliyyəti Şuşa şəhərindən Laçın rayonuna qədər olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə alınmaqla tənzimlənəcək.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Noyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri