Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz, söyüş söyəcək
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Çin istehsalı elektrik mühərrikli yeni “Mazda” modelində sürücünün avtomobilin xaricinə səsli mesaj ötürməsinə imkan verən sistem diqqət çəkib. Funksiyanın düzgün istifadə edildikdə faydalı ola biləcəyi bildirilsə də, onun nəzarətsiz istifadəsi ilə bağlı təhlükəsizlik sualları yaranıb.
Avtosfer.az xəbər verir ki, “Mazda CX-6e” modelində avtomobilin xaricində yerləşən dinamiklər vasitəsilə piyadalara və digər sürücülərə əvvəlcədən hazırlanmış mesajlar çatdırmaq mümkündür.
Sistemin əsas məqsədi digər yol hərəkəti iştirakçılarını müxtəlif vəziyyətlər barədə xəbərdar etməkdir. Məsələn, svetoforda gözləyən və yola diqqət yetirməyən piyadaya “Zəhmət olmasa, telefonunuzdan başınızı qaldırın” kimi xəbərdarlıq göndərmək, yaxud qarşıdakı sürücüyə keçidi təklif etmək mümkündür.
Lakin avtomobil Avstraliya bazarında satışa çıxarıldıqdan sonra bəzi jurnalistlər funksiyanın təhlükəsizlik baxımından imkanlarını sınaqdan keçiriblər. Test zamanı sistemin düzgün olmayan məqsədlərlə istifadəsinin qarşısını alan ciddi məhdudiyyətlərin kifayət qədər olmadığı üzə çıxıb.
Belə ki, sürücü avtomobilin salonundan digər yol istifadəçisinə səsli mesaj göndərə, hətta təhqiramiz ifadələr səsləndirə bilir. Bundan başqa, istifadəçinin öz səsini yazaraq avtomobilin xaricindəki dinamiklər vasitəsilə səsləndirməsi də mümkündür. Sistemin kobud və nalayiq ifadələrin səsləndirilməsinə mane olmadığı bildirilib.
Funksiyanın ilk baxışdan əyləncəli görünməsinə baxmayaraq, onun yol hərəkəti təhlükəsizliyi baxımından mübahisəli tərəfləri var. Xüsusilə sürücülərin adi avtomobil siqnalından belə bəzən aqressiv və əsassız istifadə etdiyi nəzərə alınarsa, yol hərəkəti iştirakçılarına xarici dinamiklər vasitəsilə birbaşa müraciət etmək imkanının verilməsi əlavə problemlər yarada bilər.
Mütəxəssislərin fikrincə, funksiyanın nəzarətsiz istifadəsi gələcəkdə sürücülər arasında mübahisələrə və digər yol istifadəçilərinin narahatlığına səbəb ola bilər.
Bu səbəbdən “Mazda”nın gələcək proqram yeniləmələri ilə sistem vasitəsilə səsləndirilə bilən mesajlara müəyyən məhdudiyyətlər tətbiq etməsi və ya təhlükəli məzmunun istifadəsinin qarşısını alan əlavə mexanizmlər hazırlaması gözlənilir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 08 Oktyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















