Elektrikli avtomobil xaricə söyüş söyəcək
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sakit işləməsi ilə tanınan elektrikli nəqliyyat vasitələrinə təhlükəsizlik üçün əlavə edilən xarici səs sistemləri gözlənilməz mübahisəyə yol açıb. Çində istehsal olunan elektrikli güc aqreqatını “Mazda”nın dizaynı ilə birləşdirən “CX-6e” modelində xaricə səs ötürən yeni xəbərdarlıq sistemi tətbiq olunub.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, sistem sürücüyə avtomobilin xaricindəki piyadalara və digər sürücülərə əvvəlcədən hazırlanmış mesajları ucadan səsləndirmək imkanı verir. Məsələn, yola diqqətsiz çıxan piyadaya “Siyahıdan başınızı qaldırın” və ya digər avtomobilə “Siz keçin” kimi səsli bildirişlər göndərmək mümkündür.
Lakin Avstraliyada sınaqdan keçirilən avtomobildə sistemin sui-istifadəsinə qarşı heç bir ciddi məhdudiyyətin olmadığı ortaya çıxıb. Sürücülər daxildən dinamik vasitəsilə digər hərəkət iştirakçılarına söyüş və təhqirlər yağdıra, hətta öz səs yazılarını və söyüşlü ifadələri xaricə ötürə bilirlər. Adi avtomobil siqnalının belə gərginliyə səbəb olduğu tıxaclarda bu xüsusiyyətin yollarda ciddi münaqişələrə zəmin yaradacağı bildirilir. Mütəxəssislər şirkətin yaxın zamanlarda proqram təminatı yenilənməsi ilə bu funksiyanı məhdudlaşdıracağını gözləyirlər. Marqarita pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 05 Oktyabr 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















