Icma.az
close
up
RU
Bu ay bu bürclərə miras qala bilər Aprelin şanslıları

Bu ay bu bürclərə miras qala bilər Aprelin şanslıları

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli.Az türkiyəli astroloq Aygül Aydının aprel ayına dair bürc proqnozunu təqdim edir:

Qoç

Aprel ayında həyatınızda bəzi qaranlıq qalan məsələlər işıq üzü görəcək. 7 Apreldə Merküri, 13 Apreldə isə Venera Balıq bürcündə düz hərəkətə keçdiyinə görə daxili narahatlıqlarınızın və qeyri-müəyyənliklərinizin yerini aydınlıq alacaq. Son zamanlar əlaqələrinizlə bağlı tərəddüdləriniz olubsa, konkret qərarlar qəbul edəcəksiniz.

Buğa

Aprelin ilk yarısında sosial həyatınızda və gələcək planlarınızda daha çox aydınlıq yaranacaq. Dostluqlarınız və sosial ətrafınızla bağlı bəzi məsələlər dəqiqləşəcək. Bu ay ailə məsələləri, evinizlə bağlı planlar daha çox ön plana çıxacaq. Yeni evə köçmək, təmir və ya ailə içində bəzi məsələləri həll etmək üçün uyğun vaxt olacaq.

Əkizlər

13 Apreldə baş verəcək Tərəzi dolunayı sevgi həyatınızı və yaradıcılıq sahənizi hərəkətə keçirəcək. Əgər davam edən münasibətiniz varsa, bu ay həmin əlaqənin gələcəyini dəqiqləşdirməyə kömək edəcək. Qarşı tərəfdən gözlədiyiniz cavabları ala bilər və bəzi məsələləri açıq şəkildə müzakirə edə bilərsiniz. Bu dövrdə keçmişin bəzi əlaqələrini qoparmaq və mənəvi rahatlıq əldə etmək üçün ideal zamandır.

Xərçəng

Aprel ayı sizin üçün daha çox akademik, hüquqi və ya xaricə bağlı məsələlərlə əlaqəli olacaq. Bu ay xarici səfərlər, təhsil və hüquqi məsələlərdə inkişaflar vəd edir. 30 Apreldə Veneranın Qoç bürcünə keçidi karyeranızda yeni fürsətlərin ortaya çıxmasına səbəb ola bilər. İş həyatında daha çox tanınacağınız və müsbət diqqət çəkəcəyiniz bir dövrə qədəm qoyursunuz.

Şir

Bu ay maliyyə və şəxsi münasibətlərdəki qeyri-müəyyənliklər aradan qalxacaq. Kredit, miras, sığorta kimi məsələlərdə irəliləyişlər baş verəcək. 13 apreldə mühüm qərar verməli olacaqsınız. Əgər vacib bir müqavilə bağlamaq istəyirsinizsə, bu ay sizə kömək edəcək.

Qız

Apreldə münasibətləriniz və işbirlikləriniz daha da önəm qazanacaq. Münasibətlərinizdə daha konkret qərarlar ala biləcəksiniz. Şəxsi inkişafınıza və psixoloji rahatlığınıza daha çox diqqət yetirəcəksiniz.

Tərəzi

Bu ay gündəlik həyatınızdakı və sağlamlığınızla bağlı məsələlərdə müəyyən inkişaflar olacaq. Son zamanlar iş və sağlamlıqla bağlı yaşadığınız qeyri-müəyyənliklər aydınlanacaq. Yeni ay isə maliyyə məsələlərinizdə yeni imkanlar açacaq. Əgər borclar və ya ortaq gəlirlər mövzusunda planlarınız varsa, bu yeni ay sizə uyğun fürsətlər yarada bilər.

Əqrəb

Aprel ayında sevgi həyatınız və şəxsi yaradıcılığınız ön plana çıxacaq. Münasibətlərinizdə və yaradıcılıq sahəsində qeyri-müəyyənliklər aradan qalxacaq. Keçmiş travmalar və gizli qalan duyğular üzə çıxa bilər.

Oxatan

Aprel ayında ev və ailə həyatınızda mühüm dəyişikliklər olacaq. Ailə məsələləri və evlə bağlı qərarlar aydınlaşacaq. Bəzi insanlarla yollarınızı ayırmağa və ya yeni dostluqlar qurmağa hazır olun.

Oğlaq

Aprel ayında ünsiyyət və ailə həyatınızla bağlı yeniliklər olacaq. Keçmişdə yarımçıq qalmış söhbətlərin və anlaşmazlıqların həllinə imkan yaranacaq.

Dolça

Aprel ayı maliyyə baxımından daha sabit dövr gətirəcək. Maddi məsələlərdə daha aydın qərarlar verməyə kömək edəcək. 19 Apreldə Günəş Buğa bürcünə keçdikdə isə ailə və ev həyatınız daha önəmli olacaq.

Balıq

Aprel sizin üçün yeni başlanğıclar və özünüzü daha güclü ifadə etmə dövrü olacaq. Xarici görünüşünüzdə və imicinizdə dəyişiklik etmək üçün uyğun zaman olacaq. 27 Apreldə Buğa bürcündə baş verəcək yeni ay isə ünsiyyət bacarıqlarınızı daha da inkişaf etdirməyə imkan verəcək.

Ulduz
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri