Bu ayrıseçkilik insan hüquqları ideyasına vurulan ən böyük zərbədir Bəyanat
Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin insan hüquqlarını müdafiəsi adı altında ölkəmizin daxili işlərinə qarışan növbəti bəyanatını qınayırıq.
Publika.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.
"Məzmun baxımından bəyanat əsassız, manipulyativ və həqiqətdən uzaqdır. Mövcud ABŞ administrasiyasının insan hüquqlarının təşviqi adı altında fəaliyyəti tamamilə zərərlidir və hüquq anlayışı ilə bir araya sığmır.
ABŞ administrasiyası Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının pozulması kimi kütləvi insan hüququ problemini gözardı etmiş və faktiki olaraq onlara qarşı etnik və dini əsasda ayrı-seçkiliyəyol vermişdir. Bu ayrı-seçkilik insan hüquqları ideyasına vurulan ən böyük zərbədir.
Biz hazırkı ABŞ administrasiyasını, heç olmasa, son günlərində insan hüquqlarını siyasi məqsədləri üçün alət etməkdən çəkinməyə çağırır və Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıtması kimi əsl insan hüquqları məsələsini müdafiə etməyə və bu haqq işinə dəstək verməyə səsləyirik", - bəyanatda vurğulanır.
Baxış sayı:103
Bu xəbər 23 Dekabr 2024 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















