“BU, AZƏRBAYCAN DÖVLƏTINƏ HƏRBİ VƏ SİYASİ ZƏRBƏDİR” Komitə sədri xarici kəşfiyyat mərkəzlərinin məqsədini açıqladı
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Zahid Oruc: “Azərbaycanlıları yad müharibələrə təşviq edənlər ölkənin genofonduna zərbə vururlar”
Son dövrlər azərbaycanlıların Rusiya–Ukrayna müharibəsinə muzdlu kimi cəlb edilməsi halları artmaqdadır. Qeyri rəsmi məlumatlara görə, 4 ilə yaxındır davam edən müharibədə xeyli satda Azərbaycan vətəndaşı həlak olub, yaralanıb və itkin düşüb. Xüsusi ilə Rusiyada əmək miqrantları olan Azərbaycan vətəndaşları müxtəlif vasitələrlə Ukraynaya qarşı müharibəyə yönlədirilir. Bu sırada həbsxanalarda cəza çəkənlərin Rusiya ordusu ilə müqavilə bağlaması halları daha çoxdur.
Qeyd edək ki, ölkə qanunvericiliyi vətəndaşların xarici orduların, hərbi qruplaşmaların fəaliyyətini qadağan edir, bu əməlləri törədənlər 10-15 il müddətinə həbs cəzaları ilə cəzalandırırlar.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc parlamentdə çıxışı zamanı qeyd olunan problemdən ciddi narahatlıq ifadə edib.
Deputat bildirib ki, son illər mediada Rusiya–Ukrayna müharibəsində hər iki tərəfdə döyüşmüş, həlak olmuş və ya itkin düşmüş onlarla azərbaycanlı ilə bağlı təşviş doğuran məlumatlar yayılır. Onun sözlərinə görə, bəziləri müharibəyə könüllü şəkildə və ya yaşadıqları ölkənin tələbi ilə qoşulsa da, getdikcə daha çox Azərbaycan vətəndaşının və soydaşımızın muzdlu döyüşçü kimi döyüşlərə cəlb edilməsi halları qeydə alınır.
Zahid Oruc qeyd edib ki, sosial şəbəkələrdə kəşfiyyat mərkəzləri ilə əlaqəsi şübhə doğurmayan səhifələr tərəfindən “müqaviləli xidmət”, “iş”, “təlim” adı altında hədəfli reklam kampaniyaları aparılır.
Deputat vurğulayıb ki, rəsmi statistika olmasa da, hərbi təşkilatların məlumatlarına əsasən, yüzlərlə Azərbaycan vətəndaşı hazırda səngərlərdə döyüşür.
Onun sözlərinə görə, xüsusilə Vətən müharibəsində peşəkar döyüş təcrübəsi qazanmış şəxslərin Rusiya–Ukrayna müharibəsinə cəlb edilməsi təkcə onların ailələrinə deyil, bütövlükdə Azərbaycan dövlətinə hərbi və siyasi zərbədir: “Ən böyük itki Qarabağda döyüş təcrübəsi qazanmış peşəkarların aylıq pul qarşılığında yad müharibələrdə iştirakıdır. Görünür, xarici kəşfiyyat mərkəzlərinin əsas məqsədi Vətən müharibəsində formalaşmış qalib ordu obrazına reputasiya zərbəsi vurmaqdır”.
Deputat bildirib ki, mediada həmin şəxslərin həlak olması ilə bağlı məlumatlar yer alsa da, bir çox itkin düşən və ya əsir götürülən azərbaycanlılar barədə heç bir rəsmi informasiya yoxdur.

Onun sözlərinə görə, yaralı halda ölkəyə qayıdan, lakin müharibənin ağır psixoloji nəticələrini daşıyan şəxslər ailələr və cəmiyyət üçün ciddi sosial-mənəvi yük yaradır və gələcəkdə radikal qruplara qoşulma riski formalaşdırır.
Zahid Oruc xatırladıb ki, dövlət təhlükəsizliyi orqanları keçmiş “Vaqner” döyüşçülərini haqlı olaraq həbs edib və bütün vətəndaşlara açıq çağırış edilib: “Bizim Vətən müharibəmiz Qarabağdır, torpaqlarımızın azadlığıdır, bu gün isə Böyük Qayıdışdır. Müxtəlif dövlətlərin ordularında və ya terrorçu təşkilatlarda iştirak eyni məsuliyyət daşıyır. Şübhə yoxdur ki, bu kampaniyanın arxasında üçüncü ölkələrin kəşfiyyat xidmətləri dayanır”.
Komitə sədri vurğulayıb ki, Azərbaycan vətəndaşlarını yad müharibələrə təşviq edənlər ölkənin genofonduna zərbə vururlar.
Onun sözlərinə görə, Azərbaycan yalnız Vətənin müdafiəsi uğrunda canından keçənləri şəhid adlandırır: “Biz yalnız torpaqlarımız uğrunda həlak olanları şəhid sayırıq. Qardaş Türkiyə üçün, dövlət qərarı olmadan, Çanaqqala savaşında iştirak müqəddəs sayılır. Lakin Vətən müharibəsinin qəhrəmanlarını yad müharibələrdə ölənlərlə eyniləşdirmək onların ruhuna hörmətsizlikdir. Azərbaycan dövləti rəsmi olaraq heç bir müharibədə hərbi müttəfiq kimi iştirak etmir”.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 23 Dekabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















