Icma.az
close
up
RU
Bu, Azərbaycan xalqına nifrətin izharıdır Mixaylov

Bu, Azərbaycan xalqına nifrətin izharıdır Mixaylov

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Ermənistan tarixində, Ermənistan dövlətə çevrildikdən sonra bu ölkənin bircə lideri də insanpərvər kimi tanınmayıb və Azərbaycan xalqına qarşı nifrət ifadə etmədən keçinməyib. Ter-Petrosyan da istisna deyil, baxmayaraq ki, onun haqqında çoxları deyirdi ki, bu, ləyaqətli, dürüst bir insandır və Azərbaycanla sülh və dostluq haqqında razılığa gəlməyə hazırdır – bütün bunlar yalandır.

Bu sözləri Axar.az-a rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü il tarixində "Yerkrapa" könüllülər birliyinin yığıncağında irqçilik, Azərbaycan xalqına qarşı nifrət və işğal siyasətini nümayiş etdirdiyi video-çıxışını şərh edərkən deyib.

"Əslində, Ter-Petrosyanın "Yerkrapa" özünümüdafiəçiləri qarşısında çıxışını izlədikdə onun sözlərində nasizmin açıq-aşkar olduğunu söyləmək olar. Burada Azərbaycan xalqına qarşı gizli nifrət aşkar görünür. Bir çox siyasətçi bir söz deyir, başqa şey edir. Ermənistan siyasətçiləri də istisna deyil. Ter-Petrosyan Ermənistanın xarici torpaqların ələ keçirilməsi, Azərbaycan xalqına qarşı nifrət hissinin alovlandırılması istiqamətində dövlət siyasətinin təməlini qoymuş bir şəxsdir. Ona görə də mən onu guya “ən yaxşı prezident” saymazdım. Bu videoda dedikləri ən azından millətçi ifadələrdir. Erməni azadlıq hərəkatının məqsədi isə başqalarının torpaqlarını zəbt etmək, həmin ərazilərdə yaşayan xalqları ya məhv etmək, ya da qovmaqdır. Təsadüfi deyil ki, biz erməni separatçıların və millətçilərin “dənizdən dənizə Ermənistan” xəritələrini, hətta Rostov vilayətini belə özlərinə daxil etdiklərini görmüşük. Bunlar hamısı genetik olaraq formalaşıb. Erməni xalqı çalışqan, zəhmətkeşdir, lakin erməni xalqının liderləri bu onilliklər ərzində regiondakı qarşıdurmalar zamanı öz xalqının xoşbəxtliyini istədiklərinə şübhə doğururlar. Əgər xoşbəxtlik istəsəydilər, ilk növbədə qonşuları ilə razılığa gəlməyi və problemləri həll etməyi bacarardılar. Amma nəticədə gənc ermənilərin heç bir şey uğrunda həyatını itirdiyi Qarabağ münaqişəsinə səbəb oldular. Bəzi nasist ideyaları naminə. Gec-tez erməni cəmiyyəti Ter-Petrosyan, Köçəryan və s. kimi liderlərə münasibətini yenidən nəzərdən keçirəcək", - politoloq qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Yanvar 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri