Icma.az
close
up
RU
“Bişkekdəki görüşlər diplomatik strategiyanın nümunəsidir” Deputat

“Bişkekdəki görüşlər diplomatik strategiyanın nümunəsidir” Deputat

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitləri çərçivəsində bir sıra ölkələrin liderləri ilə önəmli görüşlər keçirdi.

Dövlətimizin başçısı ilk növbədə Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkianla ayrıca görüşlər keçirdi. Paşinyanla təmas xüsusilə Azərbaycan-Ermənistan sülh prosesinin davamı baxımından, Pezeşkianla görüş isə Bakı-Tehran münasibətlərinin mürəkkəb regional şəraitdə idarə olunması baxımından əhəmiyyətlidir.

Digər görüş isə Qazaxıstan prezidenti Kasım Jomart Tokayevlə reallaşdırıldı. Günün maraqlı görüntülərindən biri Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət oldu. Azərbaycan-Rusiya münasibətlərinin son aylarda ciddi şəkildə gərginləşdiyi bir vaxtda liderlərin Bişkekdə ayaqüstü söhbəti önəmli idi. Bununla yanaşı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva BMT Baş katibi Antonio Quterreş, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şahbaz Şəriflə də ayaqüstü söhbət ediblər.

Bişkek görüşləri göstərir ki, Azərbaycan eyni vaxtda bir neçə istiqamətdə diplomatik manevr edir və heç bir böyük regional aktorla əlaqə kanalını tam bağlamaq istəmir. 

Millət vəkili Naqif Həmzəyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, avqustun 31-i Bişkek üçün adi gün deyildi. 

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin bu simvolik sıxlıqdan optimal istifadə etməsi, bir günün içində fərqli formatda çox sayda liderlə təması diplomatik strategiyanın nümunəsidir: 

“Günün ən çox izlənən hadisəsi, şübhəsiz, Baş nazir Nikol Paşinyanla görüş oldu. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasını xüsusi vurğuladılar. Prezidentin Tokayevlə görüşü daha çox simvolik-diplomatik xarakter daşıdı. Prezident Qazaxıstanı yeni parlament seçkiləri münasibətilə təbrik etdi, strateji tərəfdaşlığın davamlılığının bir daha təsdiqlədi. Bununla belə, məhz bu cür "protokol" görüşlər müttəfiqlik münasibətlərinin institusional yaddaşını formalaşdırır. İran Prezidenti Pezeşkianla görüş isə daha çətin kontekstdə baş tutdu. Regionda gərginliyin fonunda Bakı sülh və danışıqlar yolunu dəstəklədiyini bir daha bəyan etdi. Diplomatik səviyyədə formal mövqe bəyanatı olsa da, Tehranla açıq kanalın saxlanması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Xüsusən sərhəd təhlükəsizliyi və nəqliyyat dəhlizləri kontekstində bu çox vacib məsələdir. Azərbaycanın "İstisu" mineral suyunun İran Prezidentinə təqdim edilməsi və içilməsi böyük maraqla qarşılandı. Prezident İlham Əliyevin bu incə və simvolik addımının böyük məna kəsb etdiyini hər kəs anladı”.

Parlamentari vurğulayıb ki, VI Köçəri Oyunlarının açılışı ərəfəsində Prezident İlham Əliyevin Ərdoğan, Mirziyoyev və Pezeşkianla birgə, protokoldan kənar görüşü də diqqətəlayiqdir: 

“Rəsmi gündəliksiz, “kuluar” formatındakı bu təmaslar çox vaxt rəsmi sazişlərdən daha çox siyasi əhval-ruhiyyəni əks etdirir. Türk dünyasının aparıcı liderlərinin İranla birgə eyni masada olması, regionda fərqli maraq dairələrinin bir-birini istisna etmədiyini, əksinə üst-üstə düşdüyünü göstərir. Gün ərzində rəsmi görüşlər cədvəlindən kənarda fərqli təmaslar da reallaşdı. Ayaqüstü görüşlər rəsmi sənəd və bəyanat tələb etmir, lakin siyasi baxımdan heç də az əhəmiyyətli deyil, əksinə, çox vaxt "hər şey qaydasındadır" siqnalının ən sadə formasıdır. Rəsmi görüşlərin sayı qədər, bəlkə də daha çox, bu ayaqüstü epizodların simvolik yükü Bişkek gününün əsl mənzərəsini tamamlayır”.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Sentyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri