Icma.az
close
up
RU
Bu, Azərbaycanın dünyanın bütün güc mərkəzləri ilə tərəfdaşlığını gücləndirir Mövqe

Bu, Azərbaycanın dünyanın bütün güc mərkəzləri ilə tərəfdaşlığını gücləndirir Mövqe

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Dünyada baş verən təlatümlü hadisələr hər bir dövlət üçün strateji tərəfdaşlarını düzgün seçməyi zərurətə çevirir. Rusiya-Ukrayna müharibəsi ilə ortaya çıxan yeni reallıqlar fövqəlgüc statusuna iddialı ölkələri istər diplomatik, istər nəqliyyat-enerji, istər hərbi və digər sahələr üzrə daha punktual davranış sərgiləməyə vadar edir. Odur ki, bir çoxları inkişafda olan və təbii resurslarla zəngin ölkələrlə səmimi və praqmatik münasibətlər qurmağa üstünlük verirlər. Azərbaycan Prezidentinin həyata keçirdiyi milli maraqlara hesablanmış qətiyyətli siyasət ona gətirib çıxarıb ki, dünyanın bütün güc mərkəzləri - Avropa İttifaqı, ABŞ, Rusiya və Çin ölkəmizlə tərəfdaşlığını gücləndirir, Azərbaycanla münasibətlərə xarici siyasət kursunun strateji istiqamətlərindən biri kimi baxırlar. Belə dövlətlərdən biri Asiya nəhəngi də adlandırılan Çindir”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Bakı-Pekin əməkdaşlığının strateji hədəfləri barədə danışan deputat bildirib ki, bunu şərtləndirən çoxsaylı faktlar var: 

“Əvvəla, Çin və Azərbaycan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqlarını bir daha bəyan etdilər. Çin Xalq Respublikasının sədri Si Cinpinin öz çıxışında “Çin Azərbaycanla birlikdə BMT-nin mərkəzi rolunu nəzərə almaqla beynəlxalq sistemi, dünya nizamını və beynəlxalq ədaləti müdafiə etməyə hazırdır” ifadəsini işlətməsi ikitərəfli münasibətlər tarixində yeni dövrün başlandığından xəbər verir.

İkincisi, Çin bir fövqəldövlət kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, paralel olaraq regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirir. 

Üşüncüsü, Pekin Azərbaycanın qlobal təşəbbüslərinə ən yaxından dəstək ifadə edir. Məsələn, ötən ilin noyabrında Bakıda keçirilən COP29 iqlim konfransında Çinin yüksək səviyyədə təmsil olunması və Azərbaycanın irəli sürdüyü 14 qlobal təşəbbüsü müdafiə etməsi iki ölkə arasında yeni əməkdaşlıq hədəflərinin formalaşdığını göstərir.

Dördüncüsü, Bakı və Pekin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və bir sıra digər platformalarda konstruktiv əlaqələr qurub. Çin Şanxay Əməkdaşlıq Təşkilatının təsisçi ölkələrindən biridir və qurumun inkişafında böyük pay sahibidir. Bu təşkilat çərçivəsində əməkdaşlıq ŞƏT-in statusunun yüksəlməsinə də ciddi töhfələr verəcək.”   

İki ölkə arasında imzalanan Birgə bəyanatı şərh edən deputatın sözlərinə görə, bunun ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafına xidmət edən sənəd olması üçün bəyanatda əksini tapan müddəlara nəzər yetirmək kifayətdir.

O əlavə edib ki, bu, Rusiyadan sonra Azərbaycanın Çinlə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzaladığı ikinci dövlətdir: “Bu isə o deməkdir ki, Azərbaycan qlobal arenada böyük nüfuz sahibidir, qlobal oyunçudur və Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərə artıq hər kəs, o cümlədən Çin məhz proqressiv proqram kimi baxır”, - o qeyd edib.  

Deputat onu da bildirib ki, Azərbaycan-Çin iqtisadi əlaqələrinin ən vacib istiqamətlərindən biri də nəqliyyat sektorudur: “Azərbaycan onun ərazisindən yük axınının kəskin artdığını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirir, müasir infrastruktur yaradır və onların ötürücülük qabiliyyətini artırmaq üçün həmin sahəyə əlavə investisiyalar qoyur. 

Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta Dəhliz, həmçinin Xəzərdə ən iri limanlardan olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Bir Kəmər, bir yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarını reallaşdırmaq üçün yeni imkanlar açır. Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz, eləcə də, yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasında ən optimal marşrut sayılır. 

Göründüyü kimi, Pekində qəbul edilən Birgə Bəyanatla Çinin strateji tərəfdaşına çevrilən Azərbaycan artıq regionda tək enerji ixracatçısı yox, həm də qitələrarası nəqliyyat qovşağı kimi tanınır. Prezidentin Çinə dövlət səfəri və Çin televiziyasına müsahibəsində toxunduğu məqamlar onu göstərir ki, Azərbaycan artıq yeni dünya düzəninin qurulmasına töhfələr verən ölkə kimi tanınır və qiymətləndirilir. Son bir ay ərzində bir sıra dövlət başçılarının Bakıya, Prezident İlham Əliyevin isə Çinə reallaşdırdığı səfərlər Azərbaycanın regional və qlobal məsələlərdə nüfuzlu, Qafqaz və Xəzər dənizi bölgələrində aparıcı oyunçu statusunu qəti olaraq qazandığını sübuta yetirir”. 

Mürtəza 

Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Aprel 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri