Icma.az
close
up
RU
Bu, Azərbaycanın hədəflərinə nail olunmasında müstəsna əhəmiyyət kəsb edir Mövqe

Bu, Azərbaycanın hədəflərinə nail olunmasında müstəsna əhəmiyyət kəsb edir Mövqe

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Müasir beynəlxalq münasibətlər sistemində hər bir ölkənin yürütdüyü siyasətin dünya ictimaiyyətində təqdim olunmasında, dövlətlərarası münasibətlərin inkişafında parlament diplomatiyasının özünə məxsus rolu var və parlament diplomatiyası ölkələrin xarici siyasətindəki rolu  getdikcə daha da artmaqdadır. Azərbaycan da parlament diplomatiyasının yaratdığı fürsətlərdən öz milli maraqlarının təmin olunması, Azərbaycan həqiqtələrinin, üzləşdikləri problemlərin, xarici siyasətinin prioritetlərini beynəlxalq aləmə çatdırılmasında faydalanır. Parlament diplomatiyasının əhəmiyyətini nəzərə alan Milli Məclisin yüzdən artıq ölkə ilə dostluq qrupları fəaliyyət göstərir, beynəlxalq parlament təşkilatlaırnın işində aktiv iştirak edir. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Daşkənddə keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 150-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının (APA) Koordinasiya iclası, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 4-cü konfransında iştirakı bunun bariz nümunəsidir”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat hesab edir ki, Daşkənddə PAİ, APA, Qoşulmama Hərəkatının Parlament təşəbbüsünün keçirilən toplantıları parlament diplomatiyası baxımdan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. “Belə mötəbər tədbirlər Azərbaycan dünya ölkələri ilə qarşılıqlı dəstəyin əldə edilməsi, çoxşaxəli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, daha da dərinləşməsinə baxımdan həyati əhəmiyyət kəsb edir. Bu baxımdan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən bu tədbirlərdə aktiv iştirakını, orada keçirilən görüşlər baxımdan   parlament diplomatiyası  müstəvisində  birmənalı şəkildə Azərbaycan diplomatiyasının növbəti uğuru  və beynəlxalq aləmdəki nüfuzunun  bariz nümunəsi kimi dəyərləndirə bilərik”, - o qeyd edib.

Daşkənddə keçirilən toplantıda Azərbaycanın uğrularına gəldikdə isə deputat bildirib ki, bu istər Azərbaycanın belə bir parlament platformadan istifadə edərək xarici siyasətin bütün aspektləri, istər Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində gedən proseslər və Bakının mövqeyinin dünyaya çatdırılması, istərsə də Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışınında üzləşilən problemlər və onların yurdlaırna dönüşünün təmin olunmasında beynəxalq dəstəyin əldə olunması, istər ikitərəfli, istər çoxtərəfli əməkdaşlıqlar, istərsə də beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin dəstəklənməsi baxımdan mühüm əhəmiyyət  daşıdı: “Biz bu toplantılar çərçivəsində dünya ölkələrinin Azərbaycana olan müsbət münasibətin  bir daha şahidi olduq.  Milli Məclisin sədri Sahibə xanım Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında növəbti 3 ilə sədrliyi uzadılıb. Bu bir daha onu sübut etdi ki, Azərbaycanın istənilən beynəlxalq təşkilata rəhbərlik etdiyi dövrdə həmin təşkilat daha səmərəli fəaliyyət göstərərək beynəlxalq münasibətlər sistemində daha ciddi söz sahibi olan quruma çevrilib. Həmin təşkialtlar institusional şəkildə təşkilatlanıb. Hesab edirəm ki, dünyadakı mövcud mürəkkəb geosiyasi proseslər fonunda parlamentlərarası çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolundan faydalanmaqla Azərbaycan qarşısındakı hədəflərə nail olmaqla yeni-yeni uğurlara imza atacaq. Çünki mövcud şəraitdə qarşılaşdığımız bütün mövcud qlobal çətinliklərə, qarşıdurmalara, ziddiyyətlərə və gərginliklərə qarşı mübarizə aparmaq beynəlxalq normalara və prinsiplərə riayət etmək, effektiv və inklüziv çoxsahəli sistem vacibdir. Bu məsələdə isə parlament diplomatiyası müstəsna rola malikdir”. 

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Aprel 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri