Icma.az
close
up
RU
Bu, Azərbaycanın türk dünyasının mədəni və elmi birliyinin formalaşmasındakı tarixi rolunun xatırlanmasıdır ŞƏRH EDİLDİ

Bu, Azərbaycanın türk dünyasının mədəni və elmi birliyinin formalaşmasındakı tarixi rolunun xatırlanmasıdır ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, türk dünyasının geopolitik transformasiyasında yeni mərhələnin başlanğıcını simvolizə etdi. Prezident İlham Əliyevin bu görüşdəki çıxışı təkcə Azərbaycanın regional liderlik iddialarını deyil, eyni zamanda TDT-nin qlobal arenada artan rolunu və təşkilatın gələcək prioritetlərini əks etdirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin vurğuladığı əsas tezislərdən biri TDT-nin artıq sadəcə əməkdaşlıq platforması olmayıb, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşmasıdır. Bu ifadə təşkilatın keçdiyi əhəmiyyətli təkamülü əks etdirir. Zirvə görüşlərinin iki formatda - rəsmi və qeyri-rəsmi - keçirilməsinin ənənəyə çevrilməsi, türk diplomatiyasının çevikliyini və effektivliyini artıran mühüm yenilikdir. 2024-cü ildə Şuşada keçirilən ilk qeyri-rəsmi zirvə və 2025-ci ildə Budapeştdəki görüş mühüm qərarlarla yadda qalmışdır. Bu format dövlət başçılarına daha sərbəst fikir mübadiləsi aparmağa və strateji məsələləri daha açıq müzakirə etməyə imkan yaradır.

Prezident Əliyevin "Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil" kəskin ifadəsi müasir geopolitik reallığın dəqiq təsvirini verir. Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsədlər arasında yer alsa da, hazırkı qlobal çağırışlar fonunda bu məsələlər yeni aktuallıq qazanıb. Azərbaycanın 2026-cı ildə TDT üzvü ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi təşkilat daxilində müdafiə sahəsində əməkdaşlığın yeni səviyyəyə qaldırılması cəhdidir. Yalnız 2024-2025-ci illərdə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib. Prezident çıxışında Azərbaycanın 30 illik işğala son qoyması və 2025-ci ilin avqustunda Vaşinqtonda Ermənistanla sülh sazişinin paraflanmasına geniş yer ayırıb. ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması (sentyabr 2025) "keçmiş münaqişənin qalıqlarının" aradan qaldırılması reallaşıb. Prezident Əliyev Azərbaycanın "Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu" oynamasını vurğulayıb. Statistik göstəricilər bu rolun əhəmiyyətini təsdiqləyir. Ələt Beynəlxalq Ticarət Limanı (yaxın illərdə gücü ildə 25 milyon ton), Xəzərin ən böyük ticarət donanması, 9 beynəlxalq hava limanı bu artımı daha da gücləndirəcəkdir.

Yeni Nəqliyyat Arteriyası Vaşinqton Zirvəsinin "digər mühüm nəticələrindən biri" olan Zəngəzur dəhlizinin açılması həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi üçün "yeni nəqliyyat arteriyası və ikinci marşrut" kimi təqdim edilib. Bu, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə ərazisi arasında birbaşa əlaqənin bərpası ilə yanaşı, regional bağlantıların genişlənməsinə xidmət edəcək. Cənab Prezident Əliyevin 2026-cı ildə birinci Türkoloji Qurultayın 100 illik yubileyinin "TDT çərçivəsində təntənəli şəkildə təşkil olunması" təklifi simvolik əhəmiyyət daşıyır. Bu, Azərbaycanın türk dünyasının mədəni və elmi birliyinin formalaşmasındakı tarixi rolunun xatırlanmasıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri