Icma.az
close
up
RU
Zəfər tarixi Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir ŞƏRH EDİLDİ

Zəfər tarixi Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir ŞƏRH EDİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Zəfər tariximiz Azərbaycan dövlətçiliyinin və xalqımızın milli birliyinin ən parlaq nümunəsidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə təkcə hərbi əməliyyatların nəticəsi deyil, uzun illər ərzində formalaşan güclü dövlət siyasətinin, strateji uzaqgörənliyin və xalq-dövlət həmrəyliyinin məntiqi nəticəsi idi". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu Zəfər Azərbaycanın beynəlxalq arenada statusunu köklü şəkildə dəyişdirdi. Ölkəmiz təkcə regional deyil, qlobal miqyasda da öz siyasi iradəsini, hərbi gücünü və diplomatik çevikliyini nümayiş etdirdi. Bu, həm də onilliklər boyu davam edən işğalın beynəlxalq hüquqa zidd olduğunu sübut etdi və ədalətin bərpa olunduğunu bütün dünyaya göstərdi: "Zəfər tariximizin əhəmiyyəti ondadır ki, bu qələbə Azərbaycan xalqının milli kimliyini, birliyini və dövlətinə olan inamını daha da gücləndirdi. Artıq xalq öz gücünə inanır, dövlətin öz torpaqlarını qorumaq və inkişaf etdirmək gücünə tam əmindir. Bu, milli ideologiyanın əsas sütunlarından birinə çevrilib.

Bu gün əsas vəzifəmiz həmin Zəfəri yalnız tarix kitablarında deyil, xalqın şüurunda, gənc nəsillərin düşüncəsində əbədi yaşatmaqdır. Çünki bu Qələbə təkcə keçmişin şərəfli səhifəsi deyil, həm də gələcəyin istiqamətverici dəyəridir. Zəfər tarixi bizə göstərdi ki, milli birliyimizi qoruduğumuz, dövlətimizə və ordumuza güvəndiyimiz halda, heç bir güc Azərbaycanın qarşısını ala bilməz. Zəfər tarixini düzgün dəyərləndirmək, onu təmtəraqla deyil, məsuliyyət və vətənpərvərlik hissi ilə yad etmək vacibdir. Çünki bu gün Zəfərin qorunması torpaqlarımızın bərpası, azad edilmiş ərazilərdə yeni həyatın qurulması və bu torpaqlarda əbədi sülhün təmin olunması deməkdir. Azərbaycanın Zəfəri - tək bir döyüşün deyil, bütöv bir xalqın milli dirçəlişinin simvoludur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri