Bu bazarda ət məhsulları antisanitar şəraitdə satılırmış VİDEO
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsi 1 ünvanında fiziki şəxs Rəcəbli Xəyal Fikrət oğluna məxsus “Xəyal” bazarı və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib.
"Unikal" xəbər verir ki, yoxlama zamanı bazarda ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədən, temperatur rejiminə əməl olunmadan, açıq və antisanitar şəraitdə satışa çıxarıldığı məlum olub. Eləcə də qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilib.
Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, inzibati xəta haqqında protokol tərtib olunub. Qanunsuz kəsim məntəqəsinin fəaliyyəti dayandırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Nümunələr laborator müayinələrə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















