Bu, beynəlxalq hüququn, BMT Nizamnaməsinin kobudcasına pozulmasıdır”
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
“ABŞ-nin Venesuelada keçirdiyi əməliyyat ABŞ pəncərəsindən onun həyati vacib maraqlarının qorunması üçün atılan bir addımdır. Amma şübhəsiz ki, bu, həm də beynəlxalq hüququn, BMT Nizamnaməsinin kobudcasına pozulmasıdır. ABŞ-ni bu addımı atmağa vadar edən Amerika qitəsinə sahib çıxması istəyi və məqsədləridir. Çünki ABŞ hər şeydən öncə Amerikanı şimalı və cənubu ilə öz nəzarətində olmasını istəyir və öz təhlükəsizlik çətiri kimi görür. Yəni birinci dərəcəli təhlükəsizlik çətiri kimi görür. Ancaq son dövrlərdə Venesuela ilə Çin arasında münasibətlərin dərinləşməsi, Panama ilə Çin arasında münasibətlərin dərinləşməsi proseslərini öz milli təhlükəsizliyi üçün ABŞ təhdid hesab etdi və əvvəlcə Panamadan Çini çıxardı, indi isə Venesueladan Çini çıxardı və beləliklə qlobal platformada özünün əsas rəqibinə strateji bir zərbə vurmuş oldu”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu qeyd edib ki, digər bir səbəb, bu gün Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsi kontekstində Avropanın yeni neftə ehtiyacı olduğudur: “Yəni Avropa qitəsi bütövlükdə hazırda çox böyük həvəslə neft və neft məhsulları istehlak etmək üçün alternativ mənbə axtarır. Bu zaman ortaya çıxan dünyanın bir nömrəli resursu Venesueladır. ABŞ həm də geoiqtisadi kontekstdə Venesuelanın resurslarını ələ keçirməklə onu Avropaya satmaq imkanları əldə etdi. Eyni zamanda, digər neft istehlakçılarına da neft satmaqla bağlı heç bir məhdudiyyət tətbiq etməyəcəyini bildirdi. Amma bu da məsələnin hamısı deyil”.
Deputatın sözlərinə görə, strateji tablonu bir qədər böyütsək fonda daha böyük hadisələrin və məqsədlərin olduğunu görəcəyik: “Bu, nədən ibarətdir? Hazırda hamının bəhs etdiyi qlobal çoxqütblü sistemə qarşı ABŞ-nin qlobal dövlət, ya da qlobal təkqütblü sistem alternativi var. ABŞ həm də bu istiqamətdə öz məqsədlərinə doğru əhəmiyyətli bir addım atmış oldu. Çünki yalnız şimallı, cənublu Amerikada hakim olduqdan sonra ABŞ üçün dünyaya hakim olmaq perspektivləri yaranır. Əslində, ABŞ öz maraqları, məqsədləri baxımından strateji addım atmaqla yeni bir üstünlük qazanmış oldu. Bu fonda beynəlxalq hüquq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü kimi məsələlərin bir daha nə qədər formal olduğu ortaya çıxdı və heç kəs ABŞ-nin bu addımını heç doğru-dürüst qınamaq üçün belə özündə cəsarət tapa bilmədi”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 Yanvar 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















