“Bu, bizi lazımi qərarların qəbuluna yaxınlaşdırır” Putin Trampla görüşdən razı qalıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla Alyaskada keçirilən görüşün yekunlarına dair iclas keçirib və danışıqların nəticələrini şərh edib.
“Səfər vaxtında və çox faydalı oldu. Biz qarşılıqlı fəaliyyətimizin demək olar ki, bütün sahələrini müzakirə etdik. İlk növbədə, Ukrayna böhranının ədalətli əsaslarla mümkün həllindən danışdıq. Təbii ki, biz bu böhranın yaranması və səbəbləri barədə də fikir mübadiləsi apardıq. Məhz bu kök səbəblərin aradan qaldırılması nizamlanmanın əsasını təşkil etməlidir”, – deyə Putin vurğulayıb.
Prezident əlavə edib ki, uzun müddətdir bu səviyyədə birbaşa danışıqlar aparılmırdı:
“Bir daha deyirəm: biz öz mövqeyimizi sakit və ətraflı şəkildə ifadə etmək imkanı qazandıq. Hərbi əməliyyatların tezliklə dayandırılmasının vacibliyini vurğulayan Amerika administrasiyasının mövqeyinə hörmətlə yanaşırıq. Biz də bunu istəyirik. İstərdik ki, bütün məsələlər sülh yolu ilə həll olunsun. Söhbət çox açıq və məzmunlu keçdi. Məncə, bu bizi lazımi qərarların qəbuluna yaxınlaşdırır”.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Avqust 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















