Icma.az
close
up
RU
Bu, bizim şərəfli tariximizdir

Bu, bizim şərəfli tariximizdir

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


"Biz bir millət, dövlət olaraq qədim və zəngin mədəniyyətə malik olmaqla yanaşı, həm də geosiyasi və coğrafi yerləşmə baxımından çox ciddi təcrübələr qazanmağa nail olmuşuq.
Bəli, biz bu gün fəxrlə deyə bilərik ki, tarixin sərt və amansız sınaqlarından, bizə qarşı ədalətsiz düşünən ölkələrin vicdansız hücumlarından, demokratik dəyərlərə sığınan diktatorların təzyiqlərindən alnıaçıq, başıuca şəkildə çıxmışıq. Bu, qazandığımız təcrübələrin zənginliyinin bariz nümunəsidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. Onun sözlərinə görə, bu gün qürurla deyə bilərik ki, Azərbaycan öz milli ideologiyasını müstəqil şəkildə həyata keçirir:
"Xalqımıza kölə psixologiyasını aşılayan imperiyalardan fərqli olaraq, müstəqil liderin sərrast siyasəti, strateji addımları və diplomatik uğurları dövlətimizi artıq qlobal siyasi təmsilçilikdə ön sıralara çıxarıb.
Siyasəti və diplomatiyanı dövrün reallıqlarına uyğunlaşdıraraq, milli mənafeləri rasional şəkildə həyata keçirən, siyasi ənənələrimizi möhkəmləndirən və iqtisadi dayaqlarımızı inkişaf etdirən təcrübəli lider İlham Əliyevin gələcək üçün planlaşdırdığı uğur və nailiyyətləri hesablamaq çətin deyil.
Bu, bizim gələcəyimizdir, bu günü yaşayırıq. Gələcəyin qurulması isə strateji milli düşüncənin ərsəyə gətirdiyi qələbələrdir".
Mərkəz rəhbəri qeyd edib ki, Cənab Prezidentin XX Qlobal Bakı Forumundakı çıxışı, dünyada gedən proseslərə münasibəti və verdiyi mesajlar bir daha milli zənginliyimizin isbatı oldu:
"Açıq şəkildə ölkəmizə düşmənçilik edən siyasi düşüncə daşıyıcılarına verdiyi mesajlar, erməni lobbisinin aldığı pulların hesabına bizə düşmən olan, “demokratiyanın beşiyində” yaşayan antidemokratların iç üzünü açdı. Bununla da xalqımızın və ölkəmizin xilası naminə aparılan milli mücadilənin nə qədər mükəmməl və sistemli olduğu bir daha özünü göstərdi.
Biz öz gücümüzü, qüdrətimizi, cəsarətimizi və qətiyyətimizi ölkə maraqları naminə prinsipial şəkildə dəyərləndiririk. Bu birlik bizim üçün ən qiymətli nemətdir, çünki güclü, ağıllı və müdrik liderin ətrafında birləşərək dövlətimizi qorumaq onu daha da gücləndirir.
Təbii ki, bizə qarşı haqsızlıq burulğanı yaradanlar, ölkəmizin müstəqil siyasətini qəbul etməyənlər, torpaqlarımızı işğal altında saxlamaq üçün əlindən gələni edənlər sonda bu müdrikliyin qarşısında aciz qaldılar. Bu qədər hüquqsuzluq, haqsızlıq və ədalətsizlik göz qabağında idi. Lakin biz bu ədalətsizliyi ordumuzun, Ali Baş Komandanımızın və xalqımızın gücü sayəsində aradan qaldırdıq.
Bu, bizim şərəfli tariximizdir! Bu tarixi yaşatmaq isə şərəfli və ləyaqətli insanların borcudur!".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Mart 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri