Icma.az
close
up
RU
Bu çətin zamanda gənc olmadığım üçün Tanrıya şükür edirəm... Höte niyə yalqız yaşamaq istəyirdi?

Bu çətin zamanda gənc olmadığım üçün Tanrıya şükür edirəm... Höte niyə yalqız yaşamaq istəyirdi?

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

28 avqust alman şair və mütəfəkkiri Yohann Volfqanq Hötenin doğum günüdür.

Kulis.az bu münasibətlə Yohan Ekkermanın “Həyatının son illərində Höteylə söhbətlər” kitabından bir hissəni Mahmure Kahramanın tərcüməsində təqdim edir.

“…Gənclik və orta yaş dövrlərimə baxanda, o zaman mənimlə birlikdə gənc olan çox az insanın indi yaşadığını düşünsəm, ağlıma həmişə bir istirahət məkanında keçən yay mövsümü gəlir. İnsan orada bir neçə həftə sonra gedəcək insanlarla tanış olub dostluq qurur. İnsanları itirmək acı hissdir. O zaman uzun müddət birlikdə qalacağınız, qəlbdən bağlandığınız ikinci nəsilə bağlanırsınız. Amma bu nəsil də gedir və bizi heç tanımadığımız üçüncü nəsil ilə baş-başa qoyur.
Mən həmişə tale tərəfindən sevilən biri kimi görülmüşəm; bundan şikayət etməyə halım yoxdur, həmçinin həyatımın gedişatını mənfi saymıram. Amma əslində həyatımda yalnız işlə məşğul olmuşam, yetmiş beş yaşına çatmışam və həyatımda mənim zövqümə görə yaşadığım dörd həftə belə olmadığını deyə bilərəm. Sanki bir daşın davamlı sürüşüb yerini dəyişməsini gözləmək kimi...
Xeyli faktor vardı ki, həm şəxsi, həm də ümumi səbəblərdən durmadan işləməyimi tələb edirdi.
Ədəbi həssaslıq və yaradıcılıq sarıdan isə bəxtim gətirib. Əgər özümü xarici dünya ilə əlaqədar fəaliyyətlərdən uzaq tuta bilsəydim, daha yalqız yaşaya bilsəydim, daha xoşbəxt olardım və yazıçı kimi daha çox əsər yazardım...
Yaşayanda məşhur olmaq, yaxşı bir mövqedə olmaq işin gözəl tərəfidir. Amma adım və vəzifəm səbəbindən qəlb qırmamaq üçün başqalarının fikirlərinə susmaqla cavab verdim. Mən başqalarının nə düşündüklərini bilərkən, onların mənim nə düşündüyümü bilməməsi kimi bir üstünlük olmasaydı, bu hal bəlkə də sadəcə pis bir zarafat olaraq qalacaqdı...”


15 fevral 1824
Höte bu gün məni nahardan əvvəl arabada gəzmək üçün çağırdı. İçəri girəndə yemək yeyirdi və çox sevincli idi.
“Çox xoş bir qonağım gəlmişdi, ” – deyə sevinclə söylədi, – “Vestfaliyalı Meyer, çox perspektivli bir gəncdir, şeir yazmışdı. Onun uğur qazanacağına inanıram. Hələ on səkkiz yaşındadır, amma yaşından böyük düşünür”.
“İndi on səkkiz yaşında olmadığım üçün şadam,” – deyə gülərək əlavə etdi – “on səkkizimdə olduğum vaxtlarda, Almaniya da on səkkiz yaşında idi, o zaman çox şey ediləcəkdi; amma indi insanlardan inanılmaz çox şey gözlənir, demək olar ki, bütün yollar bağlanıb.
Almaniya artıq çox yüksək səviyyəyə gəlib, təkcə alman olmaq kifayət deyil, yunan, latın, ingilis, fransız olmalısan! Üstəlik, Şərqə yönəlmək çılğınlığı da başlayıb, bütün bunlar gənc bir insanın ağlını qarışdırmaqdan başqa bir işə yaramır.
Möhtəşəm gəncdir! Hər şeylə maraqlanmasa, mütləq önəmli biri olar. Amma dediyim kimi, indi bu çətin zamanda gənc olmadığım üçün Tanrıya şükür edirəm...”
22 fevral 1824
Yeməkdə Höte və oğlu ilə birlikdəydim. Oğlu Heydelberqdə tələbə olduğu illərə aid xoş xatirələrini danışdı. Yay tətilində dostları ilə səyahət edib, bir otel sahibi ilə tanış olduğunu və onun sadəcə söhbət qurmaq üçün digər on tələbəyə pulsuz şərab verdiyini xatırladı.
Sonra Höte ilə birlikdə Şimali İtaliyanın dağları və Maggiore gölü ətrafındakı rəngli eskizlərə baxdıq.
Mən düzənlikdə doğulan biri kimi, bu qorxulu möhtəşəmliyin məni narahat etdiyini dedim və belə uçurumlara marağım olmadığını ifadə etdim.
Höte dedi ki, bu hiss normaldır: "Çünki əsilində insanın doğulduğu yer və mövcud olmasının məqsədi ona uyğun şəraiti hazırlayır. Böyük məqsədlər insanı yad yerlərə aparmırsa, evində qalmaq onu daha çox qane edər. İsveçrə əvvəl mənim də ağlımı qarışdırmışdı, məni narahat edəcək qədər təsir etmişdi; yalnız mineralları araşdırmaq məqsədilə sonrakı illərdə oraya gedəndən sonra dağlarla sakit-sakit maraqlanmağım mümkün oldu...”
Ardından fransız qalereyasından gələn, gənc rəssamların əsərlərindən ibarət bir sıra qravürə baxdıq. Həmin şəkillər haqqında nə isə cəlbedici fikir demək çətin idi – qırx əsərdən dörd-beşi “yaxşı” sayıla bilərdi. Bunlar: “Məhəbbət məktubu yazdıran bir gənc qız”, “Satılmayan evdə olan bir qadın”, “Balıq tutanlar”, “Müqəddəs Məryəm qarşısında olan musiqiçilər”. Pussen tərzində bir peyzaj da pis deyildi. Höte bu rəsm haqqında belə dedi: “Bu rəssamlar Pussenin peyzajlarının ümumi fikrini anlayıb, bu mesaj istiqamətində işləyirlər. Onların şəkillərinə yaxşı və ya pis demək olmaz. Pis deyillər, çünki hər detalda bir naxış insanın diqqətini çəkir. Ancaq yaxşı da deyə bilmərik, çünki bu rəssamlarda Pussenin güclü xarakteri yoxdur. Şairlər üçün də eyni haldır – məsələn, Şekspirin böyük üslubunu çox yetərsiz tərzdə təqlid etməyə çalışan çoxsaylı şairlər var...”
24 fevral 1824
Bu gün saat birdə Hötenin yanına getdim. Əlyazmalarını mənə göstərdi. Höte dedi ki, bütün universitetlərdə gərəksiz, faydasız olan çox məlumatlar verilir. Əvvəllər kimya və botanika dərsləri tibb elminin dərsləri arasında idi və bir həkimə bu qədər yetərdi. İndi isə kimya və botanika müstəqil, geniş elm sahələrinə çevriliblər, hər birini öyrənmək üçün bir ömür belə yetməz, üstəlik bunları həkimlərin öyrənməsini gözləyirlər! Bu şəkildə heç bir yerə varmaq mümkün deyil, bir şey bir başqa şey üçün gözardı edilir və sonra unudulur. Ağlı olan parçalanmış işlərlə məşğul olmur; yalnız bir işə özünü həsr edir və o işdə uğur qazanır.”
Sonra Bayronun bir əsəri haqqında yazdığı qısa tənqid yazısını mənə göstərdi və yazını maraqla oxudum.“Bayron kimi sərbəst bir ruh üçün kilsə doqmalarının nə qədər çətinliklər yaratdığı və bu oyun sayəsində ona zorla qəbul etdirilən təlimdən xilas olmağa çalışdığı görünür...”
“Meyer həmişə deyir,” – deyə Höte gülərək ağlına gələn bir şeyi söylədi, – “kaş düşünmək bu qədər çətin olmasaydı! Yaxşı olmayan şey də çox düşünməyin düşüncəyə heç bir fayda verməməsidir; insanın təbiəti düz olsun bəsdir; yaxşı düşüncələr, Tanrının azad uşaqları kimi hər zaman gözümüzün önündə olmalı və bizə belə deməlidir: Biz buradayıq!”

Amerikalı memarla evlənən, Los-Ancelesdə rus restoranlarında çıxış edən "Bəxt üzüyü"nün "Sevda"sı "Smiths"in pərdəarxası hekayələri haqqında kitab - “The Drums” "Kurtlar Vadisi"nin aktyoru: "Bir də çəkilsə, oynamaram"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri