Icma.az
close
up
RU
“Bu cinayətləri törətmək üçün əxlaqsız olmalısan” “Xarkova “İsgəndər” raketləri atılıb”

“Bu cinayətləri törətmək üçün əxlaqsız olmalısan” “Xarkova “İsgəndər” raketləri atılıb”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı gecəsi Rusiyanın Xarkov şəhərinə endirdiyi raket hücumu ilə bağlı açıqlama verib. Hücum nəticəsində bir nəfər həlak olub, yüzdən çox insan, o cümlədən uşaqlar yaralanıb.

Zelenskinin sözlərinə görə, hücumda istifadə olunan raketlər “İsgəndər” tipli qanadlı raketlər olub. Bir raket havada vurulub, onun qırıntıları yaşayış bölgəsinin üstünə tökülüb, digər raket isə yaşayış evlərinin yaxınlığında yerləşən bir müəssisəyə düşüb. Nəticədə, çox sayda yaşayış evi zərər görüb və yüzdən çox insan yaralanıb. Hücumdan əziyyət çəkənlər arasında yaşlılar, gənclər və uşaqlar da yer alır.

Zelenski bildirib ki, belə bir cinayətkar addım atmaq üçün "açıq şəkildə əxlaqsız olmaq lazımdır".

“AzPolitika” xəbər verir ki, Prezident Zelenski ABŞ-ı və digər tərəfdaş ölkələri “Patriot” raket müdafiə sistemləri və digər silahlarla Ukraynanı bu cür hücumlardan qorumağa çağırıb. O, hər bir xalqın, o cümlədən ukraynalıların da bu cür müdafiəni haqq etdiyini vurğulayıb.

"Olmaz ki, bir xalq kömək almağa daha çox layiq olsun, digər xalq isə az", – deyə Zelenski əlavə edib. O, həmçinin bildirib ki, Rusiya sanksiyalara məruz qalmalıdır, çünki bu, etdikləri cinayətlərə qarşı cavabdehlikdir.

Bu gün Zelenski Ukrayna tərəfindən tətbiq olunan yeni sanksiyaları açıqlayıb. Yeni sanksiyalar nəticəsində yüzdən çox fiziki və hüquqi şəxs cəzalandırılıb. Bu şəxslər arasında ruslar və bəzi Çin vətəndaşları da var. Onların çoxu “İsgəndər” raketlərinin istehsalı ilə məşğuldur.

Zelenski tərəfdaş ölkələrdən dəstək gözlədiyini və müharibənin daha da uzanmasına səbəb olan şəxslərin cavab verməli olduğunu bildirib.

"Biz tərəfdaşlarla işləməyə davam edəcəyik və sanksiyalarımızın sinxronlaşdırılmasını təmin edəcəyik. Hər kəs – kim ki, müharibəyə dəstək olur, insanların ölümünə səbəb olur – cavab verməlidir", – deyə Prezident Zelenski vurğulayıb.

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Aprel 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri