Icma.az
close
up
RU
Bu cür satılan məhsullar ölüm KONKRET

Bu cür satılan məhsullar ölüm KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qablaşdırılmış məhsullara şübhə ilə yanaşan bəzi istehlakçılar açıq şəkildə satılan yağ və pendirləri daha “təbii” hesab edirlər. Səbəb kimi isə konservant və əlavə maddələrin olmaması barədə təsəvvürlər göstərilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, açıq məhsulların təbii görünməsi onların daha təhlükəsiz olması anlamına gəlmir.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova KONKRET.az-a açıqlamasında bildirib ki, insanlar çox vaxt “kənd məhsulu” adı ilə satılan, emal prosesi keçməyən və qablaşdırılmayan məhsullara üstünlük verirlər. Onların düşüncəsinə görə, belə məhsulların tərkibində konservant, dadlandırıcı və digər qatqılar olmur.

Lakin Hüseynova xəbərdarlıq edir ki, açıq satılan məhsulların riski daha böyükdür. Onun sözlərinə görə, istehsal prosesi, temperatur rejimi və gigiyenik qaydalar gözlənilmədikdə mikrobioloji çirklənmə baş verə bilər:

“Əgər məhsulun hazırlanmasında düzgün texnologiya tətbiq olunmursa, lazım olan temperatur təmin edilmir və ya sanitar-gigiyena qaydalarına əməl olunmursa, müxtəlif bakteriya və virusların yoluxması ehtimalı artır.”

Mütəxəssis vurğulayıb ki, süd və süd məhsulları, eləcə də ət məhsulları mütləq soyuq temperaturda saxlanmalıdır. Lakin açıq satış yerlərində bu qaydalara çox zaman əməl olunmur:

“Saatlarla açıq havada və ya otaq temperaturunda saxlanılan yağ və pendirlər keyfiyyətli olsa belə, mikroorqanizmlərin sürətlə çoxalması səbəbindən təhlükə yaradır.”

Məhsəti Hüseynova bildirir ki, daha az emal olunmuş, lakin keyfiyyətli və təhlükəsiz məhsul axtaranlar etiket məlumatlarına diqqət yetirməlidir:

məhsulun tərkibi, istehsalçı şirkət və istehsal tarixi, saxlanma temperaturu, keyfiyyət sertifikatı.

“Bu tələblər qarşılanırsa, marketlərdən alınan qablaşdırılmış məhsullar da kifayət qədər təhlükəsiz və keyfiyyətli olur”, – deyə o, əlavə edib.

Mütəxəssis sonda qeyd edib ki, əsas məsələ məhsulun haradan alındığı, necə istehsal olunduğu və hansı şəraitdə saxlanıldığıdır. Açıq və ya qablaşdırılmış olmasından asılı olmayaraq, mənşəyi bəlli olmayan məhsullar sağlamlıq üçün risk yarada bilər.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Noyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri