Icma.az
close
up
RU
Bu da Stalinin məşhur bunkeri Foto

Bu da Stalinin məşhur bunkeri Foto

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1917-ci ildən sonra Rusiyanın paytaxtı Moskvaya nəhəng dərin yeraltı “krallıq” miras qalıb. Metronun tikintisi ilə o, genişlənib və gizli tunellər, komanda məntəqələri, bomba sığınacaqları və hətta gəmilər üçün yanalma körpüləri olan ərazilər ərsəyə gətirilib. Bütün bu xüsusi obyektlər dövlət sirri təsnifatına daxildir. Onların arasında İosif Stalinin beş bunkeri də var, bəziləri məxfilikdən çıxarılıb, digərlərinə hələ də giriş qadağandır.

Kreml vasitəsilə bağa gedən yol

1937-1940-cı illərdə metro tikintisi ilə məşğul olan dövlət strukturu “Kirovskaya” metrostansiyasının (indiki “Çistye Prudı”) yaxınlığında gizli yeraltı xüsusi təyinatlı obyektlər tikib. Hava hücumundan müdafiə qərargahı və SSRİ Xalq Daxili İşlər Komissarlığının (sonralar DTK) komanda məntəqəsi burada yerləşib. Müharibənin başlaması ilə baş qərargah buraya köçüb. Obyektin bir neçə mərtəbəsi olub, onun ən aşağı nöqtəsi 70 metr dərinlikdə yerləşib. Qatarlar isə orada dayanmayıb.

Platforma hündür divarla hasarlanıb, onun arxasında Stalin üçün iş otağı və Yer kürəsinin istənilən nöqtəsi ilə əlaqə yaratmaq üçün rabitə qovşağı qurulub. Burada dövlət müdafiə komitəsinin iclasları keçirilib və Stalin hava hücumundan müdafiə komandanlığına gedən gizli şaxtadan keçərək buraya gəlib.

1942-ci ilin martına qədər 15 metr dərinlikdə, Stalinin Kuntsevoda yerləşən bağının yaxınlığında başqa bir kiçik, lakin çox yaxşı qorunan bunker tikilib. Moskvada Müdafiə Nazirliyinin Myasnitskayadakı hazırkı ictimai qəbul şöbəsindən başlayan yol Kremlin altından keçərək bağa qədər davam edib. Hər iki bunker hazırda giriş üçün bağlıdır. Burada Stalin “general otağı”nda palıd və ağcaqayın ağacı ilə bəzədilmiş geniş kabinetdə dövlət müdafiə komitəsinin iclaslarını keçirib.

Yeri gəlmişkən, 1953-cü ildə “Kuntsevo” metrosunun meydana çıxması ilə əlaqədar “Ploşad Revolyutsiyi” - “Kiyev” metro xəttinin dublikat hissəsi istifadəyə verilib.

Məxfilikdən çıxarılan Taqanka

Taqanka rayonunda 1950-ci illərdə soyuq müharibə zamanı nüvə zərbəsindən sovet hökumətinin qorunması üçün tikilmiş bunker hazırda muzeydir. Orada ekskursiyada olan şəxslərə nüvə və termonüvə partlayışları haqqında təbliğat filmi nümayiş etdirilir. İçəri girmək üçün hərbi hissənin girişinə bənzər ulduzlu adi bir darvazadan keçmək lazımdır.

Bir vaxtlar burada yüzlərlə insan işləyib və həyat öz axarı ilə davam edib. Ərazidə döyüş raketləri hər zaman hazır vəziyyətə olub, 1951-ci ildə Stalinin şəxsi sifarişi ilə layihələndirilmiş, lakin yalnız 1956-cı ildə tamamlanan Rabitə Nazirliyinin yeraltı teleqraf idarəsi də burada yerləşib. Yeri gəlmişkən, Taqanka yaxınlığındakı bunker uzun müddət rabitə məntəqəsi olaraq qalıb və yeraltı idarədə 2,5 min nəfər işləyib.

Yalnız 1980-ci illərin sonlarında tərk edilən bunkerə getmək üçün 60 m dərinliyə enmək lazımdır. Tozlu tunellər rəsmi otaqlardan daha çox yardımçı tikililərə bənzəyir - zəif işıqlandırma, dəmir pilləkənlər, asılmış naqillər və kommunal borular. İki filmin çəkildiyi ərazidə 5 min insan 6 ay tam qida ilə yaşaya bilər.

“Çerkizon” yaxınlığındakı bunker

Daha bir yeraltı şəhər İzmailovo ərazisində 1930-cu illərdə rekord müddətdə inşa edilib. O, rəhbərlik üçün ehtiyat komanda məntəqəsi kimi nəzərdə tutulub. Tikintiyə şəxsən L.Beriya rəhbərlik edib və o məşhur ifadəni səsləndirib: “Yeraltı hər şey mənimdir!” Ona Stalinin şəxsi mühafizəsinin rəisi general N.Vlasik kömək edib.

Bunker 120 000 tamaşaçı tutumuna malik nəhəng “Stalinets” stadionunun altında olub.

Orada isə “lider” üçün iclas otağı, ofis, istirahət otağı və mühafizə üçün 500-ə yaxın döyüş tankı olub.

Stadionun altından Kremlə və “Sokolniki” metrostansiyasına gedən iki avtomobil tuneli tikilib. 1996-cı ildən burada ali baş komandan muzeyinin ehtiyat komandanlığı (silahlı qüvvələrin mərkəzi muzeyinin filialı) yerləşir.

Bütün həyatı təmin edən sistemlər işlək vəziyyətdədir - dövlət və yerli rabitə, siqnalizasiya, liftlər, xüsusi metro xətləri, avtonom hava regenerasiyası sistemi, elektrik stansiyası, kanalizasiya sistemi. Stalin nəinki İzmailovski bunkerinə baş çəkib, həm də 1941-ci ilin noyabr və dekabr aylarında orada işləyib.

Stalinizm dövründə Moskvanın yeraltı bunkerlərinin hər hansının adının çəkilməsi “Yerin təki haqqında” Qanuna əsasən cinayət hesab olunub və həmin şəxs ciddi şəkildə cəzalandırılıb.

Onlar SSRİ Xalq Daxili İşlər Komissarlığının himayəsi altında tikilib. Bəzi versiyalar var ki, inşaatçılar işləri başa çatdırdıqdan sonra öldürülüblər.

İlkin Nəcəf

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Aprel 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri