Icma.az
close
up
RU
Bu danışıqlar hamısı bir məsxərədir, ABŞ İsrail qarşısında acizdir Tofiq Abbasov

Bu danışıqlar hamısı bir məsxərədir, ABŞ İsrail qarşısında acizdir Tofiq Abbasov

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"İranla bağlı, Livanla bağlı hadisələr bir daha göstərir ki, İsrailin niyyətində olan sülh prosesi deyil, sabitlik deyil. İsrail yalnız və yalnız eskalasiyaya meyillidir və çalışır ki, bütün ətrafında belə gedişlərlə, sonra atəşkəsi pozmaqla, əldə olunmuş razılaşmalara məhəl qoymamaqla öz aqressivliyini norma halına gətirsin".

Bu fikirləri Redaktor.az-a İsrail və Livan arasında baş tutan 10 günlük atəşkəsin pozulmasından danışan politoloq Tofiq Abbasov bildirdi. Onun sözlərinə görə, bu, belə davam edə bilməz:

"Çünki İsrail üçün Amerika Birləşmiş Ştatlarının nə dərəcədə əlverişli şərait yaratdığı görünür. Dünən Konqresdə, səhv etmirəmsə, səsvermələr keçirildi və İsrailə yenidən yardım ayrılması barədə qərar qəbul edildi. İsrail və onun yəhudi lobbisi yenidən istəklərinə nail oldu. Burada görürük ki, sionizm demək olar hücuma keçib, aqressivliyini gizlətmir, ört-basdır etmir və bütün qarşı tərəflərə, qonşulara, o cümlədən Türkiyəyə və İrana bildirir ki, bax, mən beləyəm, müharibə tərəfdarıyam, sizin də haqq-hesabınızı çürüdəcəyəm və bu, mənim təhlükəsizliyim üçün lazım olan məsələdir. Amma əslində görürük ki, burada faktiki olaraq İsraili amerikalıların bir hissəsi, həmçinin yəhudi lobbisinin müəyyən hissəsi, dini-sivilizasiya məsələlərini önə gətirən çevrələr dəstəkləyir. Onlar çalışırlar bildirsinlər ki, guya Moşiahın gəlişini gözləyirlər. Guya Moşiah bunların xilaskarıdır. Onlar onu dəvət edir və onun gəlişi üçün üçüncü məbədi tikmək istəyirlər. Bildiyiniz kimi, birinci və ikinci məbəd dağıdılıb. Üçüncü məbədi tikmək üçün guya xilaskar gəlməlidir və burada qalan davamçılarından hesabat tələb etməlidir. Bunun üçün böyük bir fəlakət olmalı, qanlar tökülməlidir. Hətta İranda vurulan məktəblər də təsadüfi vurulmadı. Burada artıq bunlar qurban gətirmək naminə, məqsədyönlü şəkildə İrandakı qız məktəbinə raketlər tuşladı. Bu, həm Amerikanın, həm də İsrailin birgə razılaşdırılmış siyasətinin həyata keçirilməsidir".

Müsahibimiz qeyd etdi ki, burada bu insanlar sionizmi, satanizmi və bütün vəhşi, qeyri-insani, bəşəriyyətə zidd cərəyanları bir nöqtədə birləşdirirlər və bildirirlər ki, hətta insan yeməklə də, kannibalizmlə də məşğul olurlar və guya bunun Allahdan buyurulduğunu deyirlər:

"Amma əslində belə deyil. Əslində bunların, əlbəttə ki, beyni çönüb. Sağlam məfkurəli, sağlam düşüncəli insanlar belə yola getməz. Bunlar bilərəkdən sərgüzəştçiliyi, qan tökməni, fəlakəti gündəmə gətirməklə sanki özlərinin Moşiah dedikləri xilaskarın gəlməsi üçün şərait yaradırlar. Əlbəttə, bu, sona qədər belə davam edə bilməz. Çünki insanlar zaman-zaman yaşayıb, belə dəhşətlərlə üz-üzə qalıb, onlara həmişə təhdidlər olub. Söhbət keçən nəsillərdən gedir. Ancaq nəticədə nə olub? Onlar anlayıblar, biliblər ki, bəli, o şər qüvvənin qarşısı alınmasa, bütün dünyanı fəlakət bürüyər. Ona görə də indi İran istiqamətində bunlar bunu bildirirdi. İndi isə Livanla bağlı nə baş verir? Görürsünüz, Livanı niyə parçalamağa çalışırlar? Livan üç hissədən ibarət bir məmləkətdir. Orada xırda azlıqlar da var, ermənisi də var, nestoryanı da var, müxtəlif qruplar var, onlar öz yerində. Amma Livanla bağlı məqsəd ondan ibarətdir ki, ilk növbədə Livanı parçalasınlar. Çünki Livanın cənub hissəsi şiələrdədir, ortada maronitlərdir, şimal və mərkəzdə isə sünnilərdir. Konstitusiyaya görə, - səhv etmirəmsə, 47-ci ildə onların konstitusiyası qəbul olunub - prezident xristian olmalıdır, baş nazir sünni olmalıdır, parlament sədri isə şiə olmalıdır. O zaman əhalinin nisbətinə görə əvvəl xristianlar gəlirdi, sonra sünnilər, daha sonra şiələr. İndi isə bu nisbət dəyişib, çoxluğu şiələr təşkil edir. Şiələr də Hizbullah müqavimət hərəkatını qurmaqla bunlara göstərirlər ki, siz ölkənin təhlükəsizliyini İsrailin aqressivliyi qarşısında qoruya bilmirsiniz, bu məsələ ilə bağlı biz məşğul olmalıyıq".

Politoqun sözlərinə görə, Livanın Baş naziri Səlim Əyyaş deyib ki, Hizbullahı tərksilah edəcəklər:

"Sual ortaya çıxır ki, nə ilə sən onları tərksilah edəcəksən? Sənin ordun var? Varsa da, o ordunun tərkibində döyüşkən qüvvə yoxdur, digər tərəfdən silah-sursatı yoxdur. Burada görürük ki, indi İsrail bu vəziyyətdə çalışır şiələrlə Livan maronitlərini, xristianlarını və sünnilərini üz-üzə qoysun ki, onlar ən azı vətəndaş müharibəsinə başlasınlar. Bu müharibə başlasa, kimin xeyrinə olacaq? Əlbəttə ki, İsrailin. İsrail çalışacaq ki, ümumiyyətlə Livanın cənubunu işğal etsin. Ona görə də bu danışıqlar hamısı bir məsxərədir. Onu pərdələyirlər ki, dünya birliyinə belə bir fikir təlqin etsinlər ki, guya İsrail sülhpərvər qüvvədir, danışıqları məhz sülh naminə aparır. Burada əgər pozucu qüvvə varsa, o da Hizbullahdır, o da İrandır, çünki onlar terrorist təşkilatlarıdır, terrorist qurumlardır. Amma əslində terrorizmi təbliğ edən, onun daşıyıcısı olan İsrail özüdür. Görürük ki, dövlət başçılarına terror aktları tətbiq edir, İran alimlərini öldürür, Livanda din xadimlərini öldürür və s. Ona görə də bu proseslərin sonu olmayacaq. Bu danışıqların hamısı məsxərədir. Amerika Birləşmiş Ştatları demək olar ki, İsrail qarşısında indi acizdir və Livan məsələsində də mən elə başa düşürəm ki, hər hansı əldə olunmuş saziş və ya razılıq işləməyəcək".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Aprel 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri