Bu dəfə İnqilab Məmmədovun qərarı MÜZAKİRƏ EDİLDİ
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən gün Misli Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən matçlardakı hakim qərarları yenə müzakirələrə səbəb olub.
Bakıvaxtı.az qafqazinfo-ya istinadla xəbər verir ki, ilk epizod “Şamaxı” - “Qarabağ” matçında qeydə alınıb.
Həmin qarşılaşmada meydan sahiblərinin futbolçusu Rüfət Abbasov “Qarabağ”ın oyunçusu Toral Bayramovun üzünə zərbə endirib.
Lakin baş hakim İnqilab Məmmədov bunu oyun epizodu kimi dəyərləndirib və penalti təyin etməyib. Bu da müzakirələrə səbəb olub.
İkinci epizod isə “Sabah” “Zirə” qarşılaşmasında olub. Belə ki, həmin oyunda meydan sahiblərinin futbolçusu Akim Zedadkanın rəqib futbolçu İsa Cibrille ilə mübarizəsi müzakirələrə yol açıb. Həmin epizodun 11 metrlik cərimə zərbəsi olduğu iddia edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 12 Aprel 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















