Icma.az
close
up
RU
Bu dəfə pandemiyanın qarşısını almaq asan olacaq Mərdan Əliyev

Bu dəfə pandemiyanın qarşısını almaq asan olacaq Mərdan Əliyev

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Təkcə “quş qripi” deyil, başqa virusların da hətta daha ağır pandemiya yaratmaq ehtimalı var”

Quş qripi virusu COVID-19-dan daha təhlükəli bir pandemiyaya səbəb ola bilər. “Medicina” xəbər verir ki, bu barədə Fransadakı Pasteur İnstitutunun Tənəffüs Yoluxmaları Mərkəzinin direktoru Marie-Anne Ramey məlumat verib. Onun sözlərinə görə, HN5 kimi tanınan yüksək patogenli quş qripi virusu son illərdə yüz milyonlarla quşun kütləvi şəkildə məhv edilməsinə, qida təchizatı zəncirlərinin pozulmasına və qiymətlərin artmasına səbəb olub, baxmayaraq ki, insanlarda infeksiya nadir hallarda baş verir. Təhlükə ondadır ki, virus məməlilərə və insanlara uyğunlaşarsa və insandan insana ötürülmə qabiliyyətinə çatarsa, pandemiyaya çevriləcək. Ramey-Velti deyib ki, COVID-19 pandemiyasının əvvəlində olduğu kimi, insanlarda H5 virusuna qarşı antikorlar- immunitet yoxdur. Əsasən həssas qruplara təsir edən koronavirusdan fərqli olaraq, qrip virusları uşaqlar da daxil olmaqla sağlam insanlara da zərər verə bilər. O hesab edir ki, quş qripi pandemiyası COVID-19 pandemiyasından daha ağır ola bilər. ABŞ-də quş və mal-qara arasında H5N1 də daxil olmaqla, H5 viruslarına yoluxma halları artıq qeydə alınıb. Bu ilin noyabr ayında Vaşinqton ştatında ilk insan H5N5 infeksiyası hadisəsi qeydə alınıb; kişi ölüb. Ramey-Velti əlavə edib ki, əgər quş qripi virusu insanlar arasında ötürülməyə imkan vermək üçün mutasiyaya uğrayarsa, dünya COVID-19-dan daha yaxşı belə bir təhlükəyə hazırdır. Onun sözlərinə görə, peyvənd namizədləri, antiviral dərman ehtiyatları və sürətli kütləvi istehsal üçün texnologiyalar artıq mövcuddur ki, bu da infeksiya epidemiyalarının tez bir zamanda qarşısını almağa imkan verəcək. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının elmi şöbəsinin rəhbəri Qreqorio Torres qeyd edib ki, insanlar arasında qlobal pandemiyanın riski aşağı olaraq qalır. O, hazırda narahatlığa heç bir səbəb olmadığını vurğulayıb.

Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, vəziyyət o qədər də qorxulu, təhlükəli xarakter almayıb: 

- Quş qripi əsasən quşlar arasında yayılan xəstəlikdir. Amma insana yoluxma ehtimalı da var. Bəli, deyilənlərdə həqiqət payı var, amma hələ yüksək dərəcədə risk daşımır. Mutasiya asan məsələ deyil. Virusun mutasiyaya uğraması üçün gərək xeyli sayda insan bu virusa yoluxmuş olsun və insandan insana yoluxma qeydə alınmış olsun. Hələ belə bir təhlükəli vəziyyət qeydə alınmayıb, yoxdur. İnsandan insana sürətli yoluxma halları baş verərsə, pandemiya halı ala bilər. Amma hazırda belə hal mümkün deyil. Bu bir ehtimaldır. Dünya COVİD-19 kimi virus pandemiyası yaşayıb artıq. Ölkələr daha yaxşı hazırlıqlıdır virus infeksiyalarının qarşısını almaq üçün. Müəyyən təcrübə də var. Bunları nəzərə alaraq hesab edirəm ki, hər hansı pandemiyanın qarşısını almaq dünya dövlətləri üçün asan olacaq. Təkcə “quş qripi” deyil, başqa virusların da hətta daha ağır pandemiya yaratmaq ehtimalı var. Amma hazırda bu, sadəcə nəzəri cəhətdən mümkündür.  

Peyvənd məsələsinə gəlincə, M.Əliyev qeyd etdi ki, qrip əleyhinə peyvənd qrip xəstəliyinə qarşı effektivdir, digər viruslara qarşı yox. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri