Icma.az
close
up
RU
Mərdan Əliyev: İndiki xəstəlik koronavirus deyil, amma ağırdır

Mərdan Əliyev: İndiki xəstəlik koronavirus deyil, amma ağırdır

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Antibiotiklərdən çəkinin, təbii müalicəyə üstünlük verin


 “İndiki viruslar ciddi ağırlaşmalara yol aça bilər”


Sinqapur və Honq-Konqda "Covid"ə yoluxmaların sayında artım qeydə alınıb. “Medicina” xəbər verir ki, bu barədə "Bloomberg" yazıb. Honq-Konq və Sinqapur səlahiyyətliləri infeksiyaların sayının artacağı barədə xəbərdarlıq ediblər. Sağlamlıq Mühafizəsi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin müdiri Albert Au, Honq-Konqda koronavirusun aktivliyini "olduqca yüksək" olaraq xarakterizə edib. Ağır hadisələrin sayı (ölənlər də daxil olmaqla) bir ildə ən yüksək səviyyəyə çatıb. Ötən həftə şəhərdə 31 analoji hadisə qeydə alınıb. 

Bundan əlavə, koronavirus üçün müsbət test edilən nümunələrin sayı da illik maksimuma çatıb. Sinqapurda infeksiyaların sayı mayın əvvəlində 28 faiz artaraq 14,2 min nəfərə çatıb, xəstəxanaya yerləşdirilmələr isə 30 faiz artıb. Yerli Səhiyyə Nazirliyi vəziyyətin bir sıra amillərlə, o cümlədən vətəndaşların immunitetinin zəifləməsi ilə bağlı ola biləcəyinə aydınlıq gətirib. Lakin virusun dövr edən formalarının daha yoluxucu olduğuna və ya daha ağır xəstəliyə səbəb olduğuna dair heç bir sübut yoxdur. Məsələn, Rusiya pandemiyanın bir neçə dalğasını yaşayıb, bu müddət ərzində təxminən 25 milyon insan koronavirusa yoluxub. Xəstəliyə yoluxanların 404 mindən çoxu ağırlaşmalar səbəbindən dünyasını dəyişib. ÜST-nin baş direktoru Adhanom Qebreyesusun sözlərinə görə, COVID-19 pandemiyası rəsmi olaraq 7 milyon insanın həyatına son qoyub, lakin ÜST ölənlərin sayının 20 milyona çata biləcəyini təxmin edir.

Ümumiyyətlə, payız-qış mövsümü, eləcə də yaz aylarında xəstələnənlərin sayında müşahidə edilən artım “pandemiya geri qayıdırmı” sualını ortaya çıxarır. Və insanlarda narahatlıq artır. Halbuki mütəxəssislər xəstəliyin sadəcə, mövsümi qrip, soyuqdəymə ola biləcəyini, lakin əlamətlərin koronavirusla oxşarlığı səbəbindən əhalinin Covid-19 zənn edə biləcəyini vurğulayırlar. 


Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında qeyd edib ki, mövsüm dəyişikliyi, iqlimdəki dəyişikliklər,  havaların isinməsi virusların yayılımasını sürətləndirir. İndiki xəstəliklər müxtəlif variasiyalarda müşahidə olunur: yüksək qızdırma, hərarət, boğaz ağrısı, öskürək, burun tıxanıqlığı, qusma, ishal, halsızlıq. Bunlar ümumi infeksion əlamətlərdir: 

- Pandemiya başlananda da bildirilmişdi ki, bu, 1-2 və ya 3-4 ilə sonlanacaq hal deyil. XXI əsr viruslar əsri hesab edilir. Hətta "Covid"dən öncə də Ümümdünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhdid edən 10 amildən biri kimi qarşıda bizi  qrip pandemiyası kimi çətin bir dövrün gözləyə biləcəyi xəbərdarlığı etmişdi. Vaxtı  məlum deyildi, nə vaxt olacaq, amma ehtimal böyük idi. Burada məsələ virusun mutasiyaya uğramasıdır. Nəticədə elə bir forma əmələ gəlir ki, pandemiya şəklini alır. Kütləvi yoluxmalar baş verir. Virusun mutasiya forması artdıqca, virus yeni xassələr qazanır. Ona görə də vaksinlərin yeni formalarının hazırlanması zərurəti yaranır. Virus şəklini, formasını dəyişirsə, əlbəttə, əvvəlki şəkli zərərsizləşdirmək üçün yaradılmış vaksinlər təsirsiz ola bilər. Vaksinlərin yeni formalarının yaranacağı, bu baxımdan gözləniləndir. Virus dəyişirsə, vaksinlər də yenilənməlidir. Məsləhət görülür ki, insanlar qrip əleyhinə vaksin vurdursunlar, yoluxma zamanı xəstəliyi yüngül keçirə bilsinlər, ağırlaşmalar olmasın, qrip pnevmaniyaya çevrilməsin. Bir də ki, ən əsası, immuniteti yüksəltmək lazımdır. İmmun sistem güclü olduqda, bəllidir ki, orqanizm xəstəliyə qalib gələ bilir. Virusun harada yayılmasından asılı olmayaraq hamı ehtiyatlı olmalıdır. Qorunma üsulları da bəllidir. Şəxsi gigiyena, kütləvi yerlərdən uzaq durmaq, qoruyucu maskalar taxmaq.    


M.Əliyev bildirdi ki, hazırda xəstəliyin əlamətləri arasında qızdırma, boğaz ağrısı, öskürək, burun tutulması, halsızlıqla yanaşı, oynaq ağrıları və kəskin bronxit də  müşahidə olunur: 

- Amma bizdəki xəstəlik koronavirus deyil. Təəssüf ki, virusun qripin hansı ştammı olduğunu müəyyənləşdirmək hazırda mümkün deyil. Yuxarı tənəffüs yolları xəstəlikləri respirator xəstəliklər adlanır. Mövsümi qrip virusları da respirator xəstəliklərə aiddir. Amma mövsümi infeksiyaların da 200-ə yaxın növü mövcuddur. Bunların ən ağırı qripdir. Qripin də adenovirus, paraqrip və sair növləri var. Hesab edirəm ki, hazırda əhali arasında yayılan xəstəlik paraqrip ola bilər. Sadəcə, bu virusları müəyyən etmək mümkün deyil deyə, əlamətlərə görə ehtimal irəli sürülür. Xəstəliyin gedişatı virusun xəstəlik törətmə qabiliyyətindən, virusun xüsusiyyətindən asılıdır. Əhali bilməlidir ki, qızdırma orqanizmin virusa verdiyi reaksiyadır. Bununla orqanizm virusu qəbul edib, onu tanıyır. Orqanizmin virusu tanıması isə xəstəliyə qalib gələcəyi deməkdir. Koronavirus niyə ölüm hallarına, ağırlaşmalara səbəb olurdu, çünki orqanizm o virusu tanımırdı, onunla mübarizə aparmaqda çətinlik çəkirdi. Hərarət yüksəlibsə, dərhal onu aşağı salmağa çalışmaq lazım deyil. Doğrudur, kiçikyaşlı uşaqlar üçün bu mərhələ çətin olur, ağır keçirirlər. Uşaqlarla böyüklərə bu məsələdə yanaşma fərqli olmalıdır. Antobiotik dərmanlara üstünlük vermək lazım deyil. Antibiotiklər xəstənin vəziyyətini ağırlaşdırır. Bədəni vitaminlərlə də çox yükləmək olmaz. Dərman preparatlarına minimal yanaşmaq lazımdır. Təbii müalicə üsulları daha effektivdir, çünki orqanizmi yormur, müqavimətini zəiflətmir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 May 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri