Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək Leyen
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Orta Dəhliz Azərbaycan və Ermənistanı bir-biri ilə və Avropa ilə əlaqələndirərək, əvvəllər qeyri-sabit olan Cənubi Qafqaz regionunda ticarət və əməkdaşlığı normaya çevirməyə imkan verəcək.
Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bu gün Brüsseldə keçirilən səfirlərin konfransında bildirib.
Qlobal layihələr və onların Avropa üçün əhəmiyyətindən danışan Avropa Komissiyasının rəhbəri malların Asiyadan Avropaya çatdırılmasını 30 gündən 15 günə qədər qısaltmağa imkan verəcək Orta Dəhlizi misal çəkib.
Leyenin sözlərinə görə, bu dəhliz həmçinin Cənubi Qafqazın keçmiş düşmən ölkələrini - Azərbaycan və Ermənistanı bir-biri və Avropa ilə birləşdirəcək.
"İkinci Dünya müharibəsindən sonra kömür və poladın Avropanı birləşdirdiyi kimi, bu yeni dəhliz də qeyri-sabit regionda ticarət və əməkdaşlığı normaya çevirə bilər və təkcə Avropaya deyil, həm də sülhə gedən yolu aça bilər", - o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Mart 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















