Icma.az
close
up
RU
“BU, DEVALVASİYADAN DAHA TƏHLÜKƏLİDİR...” “Sərhədlər açılmalı, ölkə investisiya üçün cəlbedici olmalıdır”

“BU, DEVALVASİYADAN DAHA TƏHLÜKƏLİDİR...” “Sərhədlər açılmalı, ölkə investisiya üçün cəlbedici olmalıdır”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Natiq Cəfərli: “Ciddi islahatlar olmadan ciddi nəticə əldə olunmayacaq”

REAL Partiyasının icraçı katibi, tanınmış iqtisadçı Natiq Cəfərli “AzPolitika”-ya müsahibəsində dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana təsiri, ölkə iqtisadiyyatındakı mövcud problemlər, onlardan çıxış yolları və digər mövzularla bağlı sualları cavablandırıb.

Müsahibənin ikinici hissəsini təqdim edirik:

(Əvvəli burada: https://azpolitika.info/?p=791418)

- Ölkəmizin gəlirlərinin azalması özünü nədə göstərəcək? Məsələn, Prezidentin 2024-cü ilin dekabrında təqaüdlərin və sosial ödənişlərin artırılması ilə bağlı sərəncamı var. Nazirlər Kabinetinə təkliflərin hazırlanıb təqdim olunması ilə bağlı verilən vaxt 23 martda bitib. Bu artımlar nə zaman ola bilər?

- Ehtimal edirəm ki, bu, iyunun əvvəlində olacaq. Çünki həmin zaman büdcəyə yenidən baxılacaq. Həm də bir 3 ay da qənaət edəcəklər. İlin əvvəlindən götürsək, 6 ay olacaq. Amma artımlar keçən 6 aya da şamil oluna bilər.

- Azərbaycan təcrübəsində belə bir şey olmayıb...

- Olmayıb, amma ola bilər. Məsələn, şəhid ailələri, qazilərlə bağlı belə bir addım atıla bilər. Çünki onların müavinətlərində artımın çox olacağını düşünmürəm. Qazilər 80 manat alır, 100 manat olar. Amma bir şeyi dəqiq deyək ki, neftin qiymətindən asılı olmayaraq, büdcənin parametrləri yerinə yetiriləcək. Bizdə neftin qiyməti büdcənin özündə deyil, icmal büdcədədir. Neft sabah 5 dollar da olsa, Neft Fondu bu il dollar ekvivalentində 9 milyard dollara yaxın pul köçürməlidirsə, onu öz ehtiyatlarından köçürəcək. 100 dollar olsa da həmçinin. Bu anlamda qiymətin birbaşa büdcəyə təsiri yoxdur. Amma qiymətlərin ucuzlaşmasının Neft Fondunun büdcəsinə təsir var, onun həcmi azalacaq.

- Bəs büdcəyə dolayı təsir necədir?

- Ölkədə neft şirkətləri var ki, onlar büdcəyə mənfəət vergisi verir. Onların gəliri azalanda, vergilərdən daxilolmalar azalacaq. Neftin qiyməti 10 dollar düşsə, bu, özünü büdcədə yarım milyard itki kimi göstərəcək. 20 dollar olsa, 1 milyard olacaq. Belə bir asılılıq var. Məntiqlə, gəlir azalanda, xərcləri azaltmalısan. Ailə büdcəsində olduğu kimi, dövlətdə də belədir. Sən haradansa azaltmalısan. İndi büdcəyə baxaq, haradan azaldılmalıdır? Qarabağın tikintisindən azala bilərmi? Nəzəri olaraq azala bilər. Amma biz oranı almışıq ki, insanlar yurd-yuvalarına köçə, yaşaya bilsin...

- Müdafiə xərcləri büdcədə əsas yer tutur.

- Tamamilə doğrudur. Müdafiə xərclərini azaltmaq üçün nə lazımdır? Dünyada gedən proseslərdə durulma olsun, Ermənistanla sülh müqaviləsi bağlansın və s. Bu zaman ola bilər. Prezident də bu barədə danışıb. Amma Azərbaycan reallığında daha çox insanların həyatına təsir edəcək şeylər azaldılır. Hətta təmir-tikinti azalması belə Azərbaycan insanının güzəranına mənfi təsir edir. Bizdə iqtisadiyyatın qeyri-neft sektorunda vergilərdən daxilolma artıb. Amma onun içindəki əslində neft puludur. Təmir-tikintiyə 100 milyon ayrılır. Deyək ki, tender şəffafdır, bir şirkət udur, yol çəkir, burada işçilər işləyir, maaş alır, vergi verir, özü pul qazanır və s. Belə məlum olur ki, bu 100 milyonun 20 milyonu müxtəlif ödənişlərlə yenə büdcəyə qayıdır. Adı da olur ki, qeyri-neft sektorundan daxilolma artıb. Buni belə demək doğru deyil. Gəlirlər azaldıqca 2 şey olacaq: ya Neft Fondunun ehtiyatlarının azalması baş verəcək, ya da Azərbaycan borclanacaq.

- Bəs devalvasiya ola bilər?

- Çox güman ki, olacaq. Bunun başqa yolu yoxdur.

- Bu ilin axırına qədər neftin qiyməti indiki səviyyədə qalsa, devalvasiya gözlənilirmi?

- Bu il olmayacaq. Amma əgər neft 30–40 dollara düşsə, ola bilər. Lakin bu il olmayacağı çox dəqiqdir.

- Amma əhalinin həyat səviyyəsi düşəcək...

- Bəli. Bizdə problem odur ki, devalvasiya 10 ildir olmur, amma manatın alıcılıq qabiliyyəti düşür. Bu, devalvasiyadan da pis bir şeydir. Məsələn, 10 il əvvəl 50 manata etdiyin bazarlığı bu gün 100 manata edirsən. Bunun özü elə gizli devalvasiyadır.

- Əhalinin nominal gəliri artıb, amma bahalığa , inflyasiyaya görə real gəliri azalıb...

- Bəli. İnflyasiya qiymət artışına təsir edib. Azərbaycan hökuməti belə yol tutdu. Devalvasiya daha təhlükəli sayılır. Devalvasiya olsa, kəskin inflyasiya olacaq. Bunu hökumət istəmir. Amma devalvasiyanın yerinə manatın alıcılıq qabiliyyətinin düşməsi əhaliyə heç də az ziyan vurmur. Mən onların yerinə olsam ildə 4–5 faizlik devalvasiyaya getməklə bağlı qərar verərdim. Dünya tarixində belə şeylər olub. İnsanlar da öz fəaliyyətlərini buna uyğun hesablayıb. Amma onun yerinə manatın dəyərdən düşməsi yolunu seçdiksə, bu, insanların kasıblaşmasına səbəb olan əsas amillərdən birinə çevrilir.

- İdxalın həcmi artır, amma maraqlıdır, hansı müddətə qədər xaricdən mal-məhsul ala biləcəyik? Məsələn, İranla ticarət statistikasına baxanda cəmi 14 milyon satmışıq, 640 milyon dollarlıq almışıq. Əksər ölkələrlə ticarətdə eyni mənzərədir. Almaq üçün valyuta lazımdır...

- Bir İtaliya ilə fərqlidir. Hətta MDB ölkələri ilə ticarətdə də mənfi saldo var. Nə qədər ki, Neft Fondunun pulu var, xaricdən lazım olanları ala biləcəyik. Neft Fondundan maaş alırıq, sonra o maaşa ərzaq alırıq. O ərzağı bizə satan da gedir bu pulla yenidən ərzaq gətirir.

- Əvvəlki illərdə xarici ticarətdə müsbət saldo çox yüksək olub, bəzən, 9 milyard dollara çatıb. Amma bu ilin 2 ayının rəqəmlərində idxal ixracı üstələyib, ötən il 18 milyardlıq idxal olub. Valyuta gəliri azaldıqca hökumət artan idxaldan yaranan fərqi necə qapadacaq?

- Gürcüstan yarandığı dövrdən mənfi saldo ilə yaşayır. Yəni, aldığından az satır. Turizm və investisiya hesabına o valyuta fərqi qapanır. Onun hesabına Gürcüstan larisi möhkəmlənir.

- Bizdə də kənd təsərrüfatı, turizm azalan neft gəlirlərini kompensasiya edəcək sahələr kimi nəzərdən keçirilirdi. Bu sahələrdə tərpəniş gözləyirsizmi?

- Osmanlı haqda məşhur bir əfsanə var . İkinci Əbdülhəmid görür ki, texnologiyada Qərb ölkələrinə çata bilmir. Paşalarını çağırıb deyir ki, onların tüfəngi beşini birdən atır, bizdə isə “dayan doldurum” sistemidir. Deyir: “Gedin, müasir tüfəng alın”. Cavab verirlər ki, onlar düşməndir, bizə satmayacaqlar. Padşah deyir: “Onda zavod tikin”. Deyirlər: “Zavod tikəcək mütəxəssis yoxdur”. Deyirlər: “Mütəxəssis gətirin”. Gedirlər Almaniyadan, Fransadan mütəxəssis gətirirlər. Bir müddət sonra paşalar gəlib deyir ki, mühəndislər gedir. Padşah soruşur: “Niyə, maaş azdır?” Deyirlər: “Maaşdan razıdırlar, amma bildirirlər ki, həkim yoxdur. Xəstələnirlər, öz uşaqlarını mollanın oxuyub-üfürməsinə etibar etmək istəmirlər. Müasir xəstəxana istəyirlər”. Sultan tapşırır, gedirlər, həkim gətirirlər. Nişantaşında 19-cu əsrdə məşhur fransız xəstəxanası qurulur. Bir müddət sonra yenə gəlirlər ki, mühəndislər də, həkimlər də getmək istəyir. Deyir: “İndi niyə?” Cavab verirlər ki, uşaqlarını məktəbə qoymaq istəyirlər, mədrəsədə oxutmaq istəmirlər. Sultan məcbur razı olur və elə o xəstəxananın yanında bir fransız liseyi açılır. Bir müddət sonra xaricilər yenə deyirlər: “Gedirik!” Bu dəfə də əyləncə istəyirlər. Yəni, sultan bir tüfəng istəyirdi, axırda əyləncəyə qədər icazə verməli oldu. Bizdə də belədir. Qeyri-neft sektorunun inkişafını istəyirsənsə, açılmalısan. Sərhədlər açılmalıdır, ölkə investisiya üçün cəlbedici olmalıdır.

- Regionda, dünyada, ölkədə gedən iqtisadi proseslər cəmiyyətdə müəyyən ümidsizlik yaradır. Bu ilin sosial-iqtisadi mənzərəsini necə görürsünüz?

- Artıq 4 ayı geridə qoyduq. Bu il ciddi hadisələrin olacağını düşünmürəm. Əsas məsələ insanların gözləntilərinin olmasıdır. Azərbaycanda iqtisadi, sosial gözləntiləri idarəetmə islahatı olmadan qarşılamaq mümkün deyil. Məhkəmə islahatı olmadan da mümkün deyil. Bunlar illərdir həll olunmayan, amma artıq dirənən konseptual islahatlardır. Əvvəl bunlar müzakirə olunurdu, amma indi siyasi çevrələrdə belə bir şey yoxdur. İdarəetmənin məntiqi dəyişmədən iqtisadiyyatda atılan addımlar effekt vermir. Bizim hökumət elə bilir ki, idarəetməni dəyişmək hakimiyyəti dəyişməkdir. Belə deyil. Təhlükə olaraq görürlər ki, addım atılsa, birdən nəzarətdən kənar proseslər yarana bilər. Ancaq ciddi islahatlar olmadan ciddi nəticə əldə olunmayacaq.

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 May 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see150

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri