Icma.az
close
up
RU
“Onkoloji xəstələrin pulu artırılsın...” Komitə sədrindən təklif və reaksiya

“Onkoloji xəstələrin pulu artırılsın...” Komitə sədrindən təklif və reaksiya

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölümlə döyüşən bu xəstələrin sayı ilbəil artır, ayrılan vəsait isə yetərli deyil; icbari tibbi sığortanın vəsaiti hesabına bu sahəyə diqqət göstərilməsinə çağırış edildi

“2026-cı ilin dövlət büdcəsində 45 faiz sosial sahəyə yönləndiriləcək”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib. 

O qeyd edib ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard manata çatdırılacaq: “Müqayisə üçün deyim ki, 5 il bundan öncə bu xərclər 8 milyon təşkil edirdi. Əminəm ki, gələcəkdə bütün səhiyyə xidmətləri icbari tibbi sığortaya cəlb ediləcək”. 

Komitə sədri deyib ki, əhaliyə göstərilən ilkin tibbi xidmətin keyfiyyətinin aşağı olması problem olaraq qalır: “Bu xüsusilə bölgələrdə və regionlarda ciddi problemdir. Həmin sahədə müəyyən işlər getsə də, uğurlu nəticə görmürük. Növbəti ildə icbari tibbi sığorta vəsaiti hesabına bu sahəyə də diqqət göstərilməsi yaxşı olar. Büdcədən ayrılan vəsait onkoloji xəstələrin müalicəsi üçün də yetərli deyil. Bu sahəyə diqqətin artırılmasını təklif edərdim”.

Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 65,6 milyon manat vəsait yönəldiləcək.

2006-cı ildə qəbul edilən “Onkoloji yardım haqqında” qanununa görə, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin müayinə və müalicəsi dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. 2007-ci ildən etibarən isə onkoloji xəstəliklərlə mübarizə üçün hər il dövlət büdcəsindən pul ayrılır. Elə həmin ildən bu məbləğin birbaşa Milli Onkologiya Mərkəzinə köçürülməsi həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatı 2025-ci ilə qədər dünyada xərçəng xəstələrinin sayının artaraq 20 milyona çatacağını proqnozlaşdırır. Ötən illərlə müqayisədə Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. 

Azərbaycanda onkoloji xəstələrin müalicəsinə ayrılan vəsait azdırmı? Bu yöndə hansı işlər görülməlidir?

Fərid Museyibov

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov mövzu ilə bağlı deyib ki, ildən-ilə onkoloji xəstəliklərin sayı çoxalır, eyni zamanda, xəstəlik gəncləşir: “Əsas problem xəstəliyin gənclər arasında çoxalmasıdır. Onkoloji xəstələrin müalicəsi icbari tibbi sığortaya daxil edilməsi vacibdir.  Hərçənd ilk illərdə icbari tibbi sığorta məsələsi ortaya qoyulduqda, heç bir müayinə metodu buna daxil deyildi. Amma artıq bir-iki ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkən pasiyentlərimiz üçün həm endoskopik müayinə, kompüter tomoqrafiyası (KT), həm MRT müayinə artıq ”Xidmətlər Zərfinə" daxil edilib. Ümumiyyətlə, burada da büdcə vəsaiti dəqiq hesablanmalıdır ki, onkoloji xəstələrə ilkin yardımlar olunsun. Çünki əksər xəstəliklərdə bir cərrahi əməliyyatla məsələ bitir. Amma onkoloji xəstəliklərdə belə deyil. Burada həm cərrahi əməliyyat, bundan sonra kimyəvi dərman, şüa müalicəsi lazımdır. Eləcə də, elm və texnologiyanın sürətli inkişafına görə  “Ağıllı dərman” adlandırılan preparatların meydana gəlməsi - bütün bunlar böyük vəsait tələb edir. Yəni bu dərmanların qiyməti çox yüksək olduğuna görə məbləğ də kifayət etmir. Bu səbəbdən vəsaitin ayrılması nəzərdə tutulur. Digər tərəfdən, sadaladığım prosedurlardan - şüa, kimya və “Ağıllı dərman”dan sonra xəstənin sinir sistemində müəyyən pozuntular yaranır. Təbiidir ki, onların reabilitasiyaya cəlb olunması vacibdir. Çünki bu şəxslərdə ölüm qorxusu yaranır və pasiyent fikirləşir ki, hər dəqiqə ölə bilər. Yəni, vəsait nə qədər çox ayrılarsa, o qədər pasiyent üçün faydalı olar. Həm müalicə, həm müalicədən sonra şüa, kimyaterapiya və sair üçün çox vəsait lazımdır. Ən vacibi onkoloji xəstəlikdən əməliyyat olunandan sonra onlara əlillik dərəcəsi də (II, III qrup) verilir. Xəstələr işlər var ki özləri yerinə yetirə bilmirlər, başqa bir insanın da onlara qulluq etməsi vacibdir. Buna görə onkoloji pasiyentlərə vəsait çox gedir".   

Dünyada onkoloji xəstəliklərin müalicəsinə dövlət dəstəyi səhiyyə siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bir çox ölkə bu sahədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Milli Onkoloji Nəzarət Proqramları” adlanan modelinə əsaslanır. Bu proqramlar xərçəngin qarşısının alınması, erkən diaqnostika, müalicə, reabilitasiya və palliativ yardım mərhələlərini əhatə edir. Dövlətlər bu sistem vasitəsilə onkoloji xəstələrə kompleks şəkildə yardım göstərməyə çalışırlar.

Ən geniş yayılmış təcrübələrdən biri onkoloji dərmanlara və müalicə vasitələrinə çıxışın dövlət tərəfindən təmin edilməsidir. Bir çox ölkə bu məqsədlə dərmanların qiymətlərinin tənzimlənməsi, generik və biosimilar preparatların bazara çıxarılması, eləcə də dərman təchizatı zəncirinin möhkəmləndirilməsi istiqamətində addımlar atır. Məsələn, ATOM (Access to Oncology Medicines) təşəbbüsü bu sahədə qlobal səviyyədə fəaliyyət göstərərək, xərçəng xəstələrinin həyat qurtaran dərmanlara əlçatanlığını artırmaq üçün 100-dən çox ölkədə layihələr həyata keçirir.

Bundan əlavə, Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) və ÜST birgə proqramlar vasitəsilə ölkələrdə radioterapiya mərkəzlərinin yaradılması, mütəxəssislərin hazırlanması və texnoloji infrastrukturun gücləndirilməsi istiqamətində texniki yardım göstərir. Bu təşəbbüslər xüsusilə inkişaf etməkdə olan ölkələrdə müalicə imkanlarının genişlənməsinə mühüm təsir göstərir.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Noyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see166

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see139

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri