Icma.az
close
up
RU
Bu, dilimizə olan ən böyük hörmətsizlikdir Heydərov

Bu, dilimizə olan ən böyük hörmətsizlikdir Heydərov

Icma.az bildirir, Axar.az portalına istinadən.

Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi. Dilimizin xarici təsirlərdən qorunmasının və onun təmiz saxlanılmasının vacibliyindən danışdı. Belə bir mesajın bilavasitə dövlət başçısı tərəfindən verilməsi bu məsələnin nə qədər vacib və aktual olmasının əyani sübutudur. Ana dilimizlə, milli kimliyimizlə bağlı çox mühüm bir məsələnin ictimaiyyətin diqqətinə bu cür yüksək və mötəbər səviyyədən, ali tribunadan çatdırılması özlüyündə çox sevindirici haldır. Bu mövzuya dair öz fikirlərimi, mülahizə və təkliflərimi bildirmək istəyirəm.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) təsisçisi və sədri Tale Heydərov deyib.

O bildirib ki, problemin cənab Prezident tərəfindən qaldırılması heç də təsadüfi deyil:

“Çünki bu məsələnin illərdir öz həllini gözləməsi, aidiyyəti qurumlar və şəxslər tərəfindən kifayət qədər müzakirə edilməməsi hələ də böyük problem olaraq qalmaqdadır. Təəssüf doğuran hal isə budur ki, bu mövzu cəmiyyətə lazımi səviyyədə təqdim və izah olunmur. Bu ya sözügedən məsələyə biganə yanaşmağımızdan, ya da dilimizin nə dərəcədə dəyişməsinin, daha dəqiq desək, yad təsirlərə məruz qalıb korlanmasının fərqində belə olmamağımızdan irəli gəlir.

Əlbəttə, dünya sürətlə dəyişir, elmi-texniki tərəqqi davam etdikcə yeni terminlər, anlayış və sözlər meydana çıxır. Onlar hansısa başqa bir dildə yaranır və tezliklə bütün dünyada ümumişlək sözlərə çevrilir, tədricən hamı tərəfindən rahatlıqla qəbul və dərk edilir. Digər xalqlar da onları öz dil ailəsinə qəbul etməli olur. Biz də istisna deyilik. Bu mənada dilimizdə olmayan sözlərin yerinə yeni əcnəbi sözlərin alınması heç də qəbahət deyil, əksinə, dilimizi zənginləşdirən bir amildir və əksər hallarda sadəcə labüddür. Dünya dillərinin əksəriyyəti bu təcrübədən keçib. Televiziya, telefon, internet, kompüter və digər bu kimi yeni texnoloji icad və məhsullara milli adlar qoymağa ehtiyac olmadığı üçün əksər millətlər kimi, biz də bu sözləri öz gündəlik danışıq dilimizə və lüğətimizə əlavə etmişik; bu da normaldır. Çünki fəlsəfənin “milli-mədəni düşüncənin ərazisi” adlandırdığı dil canlı orqanizmdir. O, daim inkişaf etməli, zənginləşməli, yeni və alınma sözlər hesabına genişlənməlidir ki, həmin “düşüncə ərazisi” də böyüsün. Əlbəttə, bu proses digər ölkələrdə olduğu kimi, bizdə də labüdən getməlidir, amma bunu xüsusi vurğulayırıq ki, ana dilimizin milli enerjisini “sormaq”, onun “ekologiyasını korlamaq” hesabına yox!”

Tale Heydərov burada narahatlıq doğuran məsələlərə də diqqət çəkib.

“Burada narahatlıq doğuran başlıca məsələ nədir? Əsas problem dilimiz lüğət tərkibi və ifadə vasitələri baxımından kifayət qədər zəngin olduğu halda, alınma və ya əcnəbi sözlərdən yerli-yersiz istifadə etməyimizlə bağlıdır. Dilimizdə əsrlər boyu işlənən sözlər varsa, başqa dillərdən onların ekvivalentlərinin bizim dilə keçməsinə nə ehtiyac var? Bu, ana dilimizin təmizliyinə, bununla da milli kimliyimizə təhdid yaratmaqdır. Cənab Prezident məhz bu vacib məqamı diqqətə çatdırdı. Dövlət başçımızın çox düzgün bildirdiyi kimi, “əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır?!”

Təəssüf ki, telekanallarımızda, radio efirlərimizdə, yazılı mediamızda, sosial şəbəkələrdə və gündəlik danışıqda bu kimi xətalara çox tez-tez yol verilir. Bütün bunların bir neçə səbəbi var. Bir səbəb insanlarımızın xarici televiziya kanallarını izləməsi və oradakı verilişlərə, seriallara baxmasıdır. Bu prosesin illərlə davam etməsi insanların orada hər gün eşitdikləri kəlmələri gündəlik danışıq dilinə daxil etməsi ilə nəticələnir. Ən pisi də odur ki, həmin sözlərdən istifadə adiləşir. Çoxuna da elə gəlir ki, belə də olmalıdır, ən düzü elə budur. Düşünürəm ki, yerli televiziya və radio kanalları verilişlərin keyfiyyətini artırsa, – zənnimcə, bu sahədəki vəziyyət son illərdə yaxşıya doğru dəyişməkdədir, – izləyicilərin çoxunu yerli ekran-efir məkanına qaytarmaq mümkün olacaq. Amma hələ o səviyyəyə çata bilməmişik. Bununla bağlı kompleks tədbirlərin görülməli olduğunu düşünürəm. Bu problemə yerli jurnalistlərin və digər aidiyyəti qurumların ciddi müdaxiləsinin baş verməməsini də nəzərə alsaq, vəziyyətin niyə bu həddə çatdığını anlamaq çətin olmaz.

Başqa bir məsələyə də toxunmaq lazımdır: ədəbi Azərbaycan dilində danışa bilməyən şəxslərin televiziyalarda və digər efir məkanlarında çıxışına icazə verilməsi düzgün deyil. Ekrana-efirə çıxan hər kəs həm dilimizə, həm də mədəniyyətimizə hörmətlə yanaşmalıdır. İnsanlar, xüsusilə də gənc nəsil görüb-eşitdiyini öyrənir, buna görə də efirdə xalis ədəbi dildə nitq və çıxışların daha çox səslənməsi vacibdir. Efirdə ədəbi dilimiz daha çox işlənsə, bir o qədər çox sayda insan bu dili rahat qəbul edəcək və gündəlik həyatda da ondan daha çox yararlanacaq. Təklifim isə budur: media orqanları xarici sözlərin dilimizdən çıxarılmasına və bu sahədə təbliğat aparılmasına ciddi diqqət yetirməlidir. Eyni zamanda, bu standartlara əməl etməyən qurumlara qarşı qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir. Dil millətin pasportudur. Heç kim onunla istədiyi kimi davrana bilməz!” – deyə o vurğulayıb.

Tale Heydərov bildirib ki, bu vəziyyətin kökündə həm də cəmiyyətimizin, sıravi vətəndaşların ana dilinə bəzən biganə münasibəti dayanır:

“Valideynlər övladlarını müxtəlif dillərdə təhsil verən məktəblərə göndərirlər. Burada qəbahət yoxdur. Bu məktəblər bəzən daha yaxşı təhsil verir və gənclərimizin xaricdə daha nüfuzlu universitetlərdə təhsil almasına şərait yaradır. Amma bu məktəblərdə Azərbaycan dili bəzən heç də istənilən səviyyədə tədris olunmur, dilimizin, ümumiyyətlə, öyrədilmədiyi məktəblər də var. Bu, dilimizə olan ən böyük hörmətsizlik və əlbəttə ki, böyük qüsurdur. Buna nə aidiyyəti qurumlar biganə qalmalıdır, nə də valideynlər.

Digər tərəfdən, müəyyən ictimai yerlərdə Azərbaycan dilinə açıq-aşkar hörmətsizlik göstərilir. İstər müəyyən şirkətlərdə, istərsə də kafe-restoranlarda ziyarətçi və müştərilərlə ünsiyyət başqa dildə aparılır. Bir çox restoranlarda Azərbaycan dilində bəzən heç menyu da olmur. Təəssüf doğuran hal odur ki, bu tipli məkanlar, əsasən, digər ölkələri təmsil edən iş adamlarına məxsus olur, halbuki onların ölkələrində biz onların ana dilinə belə hörmətsizlik etməyi ağlımıza da gətirmərik. Öz milli mətbəxini ölkəmdə təmsil edirsən? Çox gözəl, buyur. Amma dilimi öyrənməlisən, necə ki, mən sənin ölkəndə sənin dilində danışıram. Bu halların baş verməsinin səbəbi bunu onlardan, elə özümüzdən də tələb etməməyimizdir. Şəhərin mərkəzində xarici dillərdə məkan və şirkət adlarının yazıldığı reklam-elan lövhələri ilə tez-tez rastlaşırıq. Təəssüf ki, bütün bu hallar nə qanuni şəkildə cəzalandırılır, nə də ictimai şəkildə qınanılır. Halbuki buna məsul qurumlar var.

Görünür, bu sahədə ciddi təbliğat işinin aparılması artıq günün tələbidir. Əks halda çox şey itirəcəyik, prosesləri öz axarına buraxsaq, dilimizi və ümumən milli kimliyimizi təhlükəyə atmış olacağıq. Təcrübə göstərir ki, istənilən problem həll edilmədikcə həmin problem daha da böyüyür. Ümid edirik ki, cənab Prezidentin bu mühüm çıxışı həm bizi bir cəmiyyət olaraq ayıldacaq, həm də dilimizin qorunması üçün qətiyyətli addımların atılmasına təkan verəcək. Avropa Azərbaycan Məktəbi və TEAS Press Nəşriyyat Evi bu istiqamətdə ümumi işə öz töhfəsini verməkdə davam edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri