Pişik üstündə qonşusunu öldürdü Qandonduran hadisə VİDEO
Icma.az bildirir, Lent az portalına istinadən.
Türkiyədə pişik üstündə qonşular arasında yaranan mübahisə ölümlə nəticələnib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə İstanbulun Esenyurt rayonunun Osmanqazi məhəlləsində, Papatya küçəsində yerləşən dönərxananın qarşısında baş verib.
Məlumata görə, 39 yaşlı Ahmet Öksüzün saxladığı pişiklər qonşusu, 29 yaşlı Emre Y.-nin evinə girdiyi üçün tərəflər arasında əvvəllər də mübahisə yaşanıb.
Hadisə günü saat 15:00 radələrində qonşular arasında eyni səbəbdən yenidən mübahisə yaranıb. Mübahisə böyüyərək davaya çevrilib. Bu zaman Emre Y. üzərində gəzdirdiyi tapança ilə Ahmet Öksüzə atəş açıb.
Kürəyindən iki güllə yarası alan Öksüz yerə yıxılıb. Şübhəli şəxs isə hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Emre Y. cinayətdə istifadə etdiyi tapança ilə birlikdə qısa müddətdə saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 19 Noyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















