Icma.az
close
up
RU
Bu, dövlətin humanist siyasətinin təzahürüdür

Bu, dövlətin humanist siyasətinin təzahürüdür

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qurban bayramı ərəfəsində aztəminatlı ailələrə göstərilən maddi yardımlar cəmiyyətdə sosial həmrəyliyin və sosial müdafiə siyasətinin vacib elementlərindən biri hesab olunur. Bu cür dəstək xüsusilə iqtisadi çətinlik yaşayan ailələrin bayram günlərində əsas tələbatlarını qarşılamağa imkan yaradır və sosial bərabərsizliyin müəyyən qədər azaldılmasına xidmət edir. Bununla belə, yardımların əsasən bayram dövrü ilə məhdudlaşması onların ümumi iqtisadi proseslərə ciddi təsir imkanlarını məhdudlaşdırır.
Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, Azərbaycan dövləti sosial dövlətdir və təbii ki, aztəminatlı ailələrə hər bayramda, xüsusilə də Qurban bayramında müəyyən icra strukturları, eləcə də müxtəlif dövlət təşkilatları tərəfindən yardımlar edilir:
"Bu, cəmiyyətdə həm sosial ədalətin təmin olunması, həm də mövcud iqtisadi problemlərin sosial layihələr vasitəsilə yüngülləşdirilməsi istiqamətində atılan addımlardır və dövlətin humanist siyasətinin təzahürüdür. Effektiv mexanizm dedikdə isə daha arzuolunan variant ondan ibarətdir ki, iqtisadi cəhətdən inkişaf etmiş dövlətdə bu zümrədən olan insanların sayı minimum olsun, iqtisadi aktivlik artsın və insanlar gündəlik tələbatlarını istehlak səbətinə uyğun şəkildə ödəmək imkanı əldə etsinlər. İş yerləri olsun, əməkhaqları mövcud inflyasiya və qiymət artımını qarşılaya bilsin. Ən arzuolunan effektivlik məhz budur.
Lakin bu istiqamətdə addımlar atıldığı halda belə müəyyən insanlar yenə də iqtisadi çətinliklərlə üzləşirsə və bayram günlərində onlara dövlət tərəfindən dəstək göstərilirsə, bu yalnız alqışlanmalıdır.
Bu yardımların istehlaka təsirinə gəldikdə isə qeyd etmək lazımdır ki, söhbət əsasən bayram günlərində həyata keçirilən dəstəkdən gedir. Bu səbəbdən də istehlak imkanlarına və istehlak səbətinə ciddi təsir göstərmir. Yardımlar mütəmadi xarakter daşımadığı və əsasən bayramlarda həyata keçirildiyi üçün iqtisadi proseslərə ciddi təsirindən danışmaq doğru olmaz".
Ekspert deyib ki, Azərbaycan cəmiyyətində insanlar davamlı maddi yardımlara ehtiyac duymasın və mövcud iqtisadi sistem elə bir şərait yaratsın ki, vətəndaşlar öz problemlərini və istehlak ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilsinlər:
"Bu baxımdan Avropa ölkələrində də oxşar praktika mövcuddur. Məsələn, müvəqqəti işsizlər və aztəminatlı qruplar üçün dövlət dəstəyi proqramları həyata keçirilir. Yəni bu, yalnız inkişaf etməkdə olan ölkələrə məxsus problem deyil. İnkişaf etmiş dövlətlərdə də sosial dəstək mexanizmləri tətbiq olunur və dövlət hər il büdcədən bu istiqamətdə müəyyən vəsait ayıraraq sosial siyasətin əsasını təşkil edən layihələri həyata keçirir. Eyni zamanda maddi yardım göstərilməsi və ya müxtəlif istehlak məhsullarının vətəndaşlara təqdim olunması istiqamətində addımlar atılır.
Ölkənin sahibkarları və biznes nümayəndələri də bu istiqamətdə dövlət tərəfindən təşviq olunur. Bu addımlar cəmiyyətdə sosial tarazlığın və iqtisadi bərabərliyin təmin edilməsi baxımından mühüm stimul hesab olunur. Lakin yenə də qeyd etmək lazımdır ki, bu yardımlar əsasən bayram günlərində həyata keçirildiyi və yardım alan təbəqənin həcmi böyük olmadığı üçün daxili istehlaka ciddi təsir göstərdiyini demək mümkün deyil", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 May 2026 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri