Icma.az
close
up
RU
Bu, dövlətlə siyasi partiyalar və media arasındakı münasibətlərin inkişafına kömək edir...

Bu, dövlətlə siyasi partiyalar və media arasındakı münasibətlərin inkişafına kömək edir...

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Artıq bir neçə ildir ki, Prezident Administrasiyasının təşəbbüsü ilə millət vəkilləri, siyasi partiya sədrləri, müstəqil siyasətçilər, kütləvi informasiya vasitələrinin rəhbərləri və media nümayəndələri birlikdə işğaldan azad olunmuş ərazilərimizə səfərlərə gedirlər.

Bakupost.az xəbər verir ki, bu sözləri sabiq millət vəkili hüquqşünas Qulamhüseyn Əlibəyli “İlkxeber.org”-a açıqlamasında deyib.

O bildirib ki, bu səfərlərin əhəmiyyəti danılmazdır.

Belə ki, bu səfərlər zamanı işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin gedişi ilə yerində tanış oluruq. Nəzərə almaq lazımdır ki, millət vəkilləri, siyasi partiyalar, müstəqil siyasətçilər və media nümayəndələri dövlətin siyasi həyatında iştirak edən subyektlərdir.

Ona görə də bu subyektlərin nəhəng bərpa və quruculiq içləri ilə, işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdış prosesi ilə bilavasitə yerində tanış olmaları böyük əhəmiyyətə malikdir. Sonuncu birgə səfər Cəbrayıl və Zəngilan payonlarına oldu. Millət vəkilləri, siyasi partiya sədrləri, müstəqil siyasətçilər, kütləvi informasiya vasitələrinin rəhbərləri və media nümayəndələri həmin rayonlarda aparılan abadlaşdırma və yenidənqurma işləri ilə tanış oldular.

Artıq Cəbrayılda bir sıra yaşayış massivləri istifadəyə verilib və yerli əhalinin bir hissəsi oraya köçürülərək məskunlaşdırılıb. Cəbrayılda yerli sakinlərlə də görüşdük. Cəbrayıldan qaçqın düşmüş bəzi tanıdığım şəxslərlə, Cəbrayılın özünümüdafiəsində qəhrəmancasına iştirak etmiş əqidədaşım Vaqif Əlisoyla görüşdüm. Məskunlaşmış səxslərin məşğulluq problemlərinin həlli və yaşayış üçün zəruri olan infrastrukturların yaradılması ilə bağlı işlər də uğurla həyata keçirilir. Həmçinin, Zəngilanda da şəhər məscidi, Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən su-elektrik stansiyası ilə tanış olduq. Q.Əlibəyli qeyd edib ki, təxminən 30 il ərzində həmin ərazilər ermənilərin işğalı altında idi. Ərazilərimiz, yaşayış məntəqələrimiz, bütün infrasnrukturlar dağıdılıb məhv edilmişdi. Ona görə də bu gün gördüklərimiz çox möhtəşəm və qürurvericidir. Ümumiyyətlə, bu cür səfərlər dövlətlə siyasi partiyalar və media arasındakı münasibətlərin daha da sağlamlaşmasına və inkişafına kömək edir. Əslində, dövlətlə siyasi partiyalar və media arasındakı münasibətlər daha da inkişaf edir. Bu baxımdan, qeyri-rəsmi atmosferin yaranması çox böyük əhəmiyyət kəsb edir. Birgə səfərlərin təşkil olunması və qeyri-rəsmi atmosferin yaradılması gələcəkdə bu münasibətlərin daha da inkişaf etməsinə səbəb ola bilər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 İyun 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri